Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
1-09-2019, 12:40 Oxunub: 18

Boks üzrə millimizin baş məşqçisi Nəriman Abdullayev: Dünya çempionatına hazırlıq yüksək səviyyədə gedir

 
 

Minskdə keçirilən ikinci Avropa Oyunlarından sonra komanda istirahətdə idi. Artıq müəyyən vaxtdır məşqlərə başlamışıq. Əsas heyətlə yanaşı, 2 nömrələr də hazırlığa qatılıblar. Bu da ondan irəli gəlir ki, toplanışda bir-birinə kömək etsinlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri kişilərdən ibarət boks üzrə Azərbaycan millisinin baş məşqçisi Nəriman Abdullayev deyib.

Mütəxəssis bildirib ki, hazırlıq yüksək səviyyədə gedir və əhval-ruhiyyə qaydasındadır. Toplanış plana uyğun davam edir. Bunun üçün federasiya tərəfindən hər bir şərait yaradılıb. Boksçular dünya çempionatına yollanacaq heyətə düşmək üçün var gücləri ilə çalışırlar.

Baş məşqçi sayca 20-ci dəfə təşkil olunacaq dünya çempionatının digərlərindən fərqlənəcəyi qənaətindədir. Onun sözlərinə görə, çəki dərəcələri səkkizə endirildiyindən mübarizə daha gərgin keçəcək: "Bildiyiniz kimi, bu dəfə cəmi 8 dəst medal öz sahibini tapacaq. Çəki dərəcələrinin azalması mübarizəni daha da gərginləşdirəcək. Hər çəkidə təxminən 30-dan çox boksçunun olacağı gözlənilir”.

Yarışa yollanacaq heyəti son günlərdə müəyyənləşdirəcəyini deyən N.Abdullayev bir neçə aparıcı boksçumuzun dünya çempionatından kənar qalacağını da söyləyib: "Komandanın hazırkı durumu yaxşıdır. Amma mundialda hər çəkidə liderlə təmsil oluna bilməyəcəyik. Əsas heyət üzvlərinin bir neçəsi zədə və xəstəlik səbəbindən dünya çempionatından kənar qalacaqlar. Bunların sırasında dünya çempionu Cavid Çələbiyev və Olimpiya mükafatçısı Kamran Şahsuvarlı da var. Həmçinin, üçqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov da bizimlə olmayacaq. O, karyerasını peşəkar boksda davam etdirəcək. Artıq müqavilə də bağlayıb”.

İtkilərə baxmayaraq, baş məşqçi yarışa nikbin baxır. O bildirib ki, boksçularımız həmişə olduğu kimi, yenə yüksək yerlər uğrunda mübarizə aparacaq: "Məqsədimiz bacardığımızın ən yaxşısını etməkdir. İnanıram ki, yarış milli üçün uğurlu alınacaq”.

Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatı sentyabrın 8-21-də olacaq.


XƏBƏR LENTİ
23:00 | Fuad Qəhrəmanlının qızı atasını yalan danışmaqda ittiham etdi — VİDEO 22:40 | Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI 22:20 | Zəncirvari nəqliyyat qəzası baş verdi: dörd nəfər yaralandı 22:00 | ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır 21:45 | Sabah bəzi rayonıarda leysan yağacaq, duman olacaq 21:38 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub 21:29 | TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir 21:26 | “İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi 18:07 | Xırdalanda 4 avtomobil yandı 17:57 | 1500-dən çox valideynə AĞIR CƏZA 17:50 | “Maşın”da onlar yarışacaq – SİYAHI 17:35 | Kişi buynuz çıxartdı - FOTOFAKT 17:16 | Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır 16:58 | Patriot almaq ASAN, "patriot" olmaq ÇƏTİNDİR... - Səudiyyə ordusunda CASUS ZABİT VAR? 16:47 | Azərbaycanda dəhşətli hadisə - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü 16:37 | Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH 16:14 | Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər 15:34 | Bakıda məşhur dönərxana bağlandı - Zəhərlənənlər var 15:06 | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı 14:42 | Bu rayonlarda direktor yerləri boşdur - SİYAHI 14:04 | “Azərsu” Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib 13:47 | "“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov