Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
1-09-2019, 12:20 Oxunub: 21

Azərbaycan əhalisinə şad xəbər - Bu gün minlərlə insanın maaşı artdı

 Azərbaycan əhalisinə şad xəbər - Bu gün minlərlə insanın maaşı artdı
 

Prezident İlham Əliyevin iyun ayında bir sıra şəxslərin maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar bu gündən - sentyabrın 1-dən qüvvəyə minir.

Oxu.Az xəbər verir ki, maaşı artacaq şəxslər sırasında müəllimlər də var.

Belə ki, ölkə başçısının "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncamına əsasən bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılıb. 

 

Ölkə başçısının digər sərəncamları ilə güc strukturlarında çalışan əməkdaşların da maaşları sentyabrın 1-dən artır.

Sərəncamlara əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Həmçinin, Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Bundan başqa, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı da vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində qaldırılır.


XƏBƏR LENTİ
23:00 | Fuad Qəhrəmanlının qızı atasını yalan danışmaqda ittiham etdi — VİDEO 22:40 | Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI 22:20 | Zəncirvari nəqliyyat qəzası baş verdi: dörd nəfər yaralandı 22:00 | ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır 21:45 | Sabah bəzi rayonıarda leysan yağacaq, duman olacaq 21:38 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub 21:29 | TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir 21:26 | “İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi 18:07 | Xırdalanda 4 avtomobil yandı 17:57 | 1500-dən çox valideynə AĞIR CƏZA 17:50 | “Maşın”da onlar yarışacaq – SİYAHI 17:35 | Kişi buynuz çıxartdı - FOTOFAKT 17:16 | Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır 16:58 | Patriot almaq ASAN, "patriot" olmaq ÇƏTİNDİR... - Səudiyyə ordusunda CASUS ZABİT VAR? 16:47 | Azərbaycanda dəhşətli hadisə - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü 16:37 | Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH 16:14 | Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər 15:34 | Bakıda məşhur dönərxana bağlandı - Zəhərlənənlər var 15:06 | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı 14:42 | Bu rayonlarda direktor yerləri boşdur - SİYAHI 14:04 | “Azərsu” Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib 13:47 | "“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov