Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
31-08-2019, 17:51 Oxunub: 28

İlham Əliyev üç ölkənin prezidentini təbrik etdi

İlham Əliyev üç ölkənin prezidentini təbrik etdi
 
Azərbaycanın dövlət başçısı İlham Əliyev Vyetnam Prezidenti Nquyen Fu Çonqaya təbrik məktubu göndərib.

"Ölkə.Az” xəbər verir ki, məktubda bunlar qeyd olunub.

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Vyetnamı xoş münasibətlər birləşdirir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin, qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlığımızın zəngin ənənələri mövcuddur.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bundan sonra da bütün sahələrdə birgə səmərəli fəaliyyətimiz üçün mühüm zəmin olacaq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim sülh və rifah diləyirəm”.

Slovakiya Prezidenti xanım Zuzana Çaputovaya ünvanlanan məktubda aşağıdakılar yazılıb:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim sülh və rifah diləyirəm”.

Daha bir təbrik məktubu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ünvanlanıb. Məktubu təqdim edirik:

"Hörmətli Şavkat Miromonoviç,

Özbəkistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qardaş Özbəkistanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər, sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun gündən-günə artması bizi sevindirir.

İnanıram ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin və strateji tərəfdaşlığının daha da möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada dərinləşməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Hörmətli Şavkat Miromonoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim sülh və firavanlıq diləyirəm”.


XƏBƏR LENTİ
15:26 | İmkanlı şəxslərə müraciyyət 15:11 | İlham Əliyev Xələf Xələfovu təltif etdi 15:10 | Təcili olaraq işlənmiş video kolposkop alıram 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:02 | "Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..." 14:58 | Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar... 14:54 | Prezident icra başçısını ordenlə təltif etdi 14:47 | Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. 11:51 | “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL 11:36 | Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər 11:17 | Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL 11:04 | Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş 10:51 | Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB 23:00 | Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT 22:30 | “İradə ilə Nuranın kaprizi insanı sənətindən küsdürür” 22:00 | Dolların sentyabrın 23-nə olan məzənnəsi açıqlanıb 21:40 | Bakıda polis əməkdaşını avtomobil vurub 21:20 | Vladimir Putin Qırğızıstan Prezidenti ilə görüşüb 21:06 | 200 milyon insanın həyatı TƏHLÜKƏDƏDİR - XƏBƏRDARLIQ 17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu