Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
31-08-2019, 17:41 Oxunub: 26

“Çox insan nikahı qeydiyyata almır ki, sabah boşananda əmlak gəlinə qalmasın” - PROBLEM

“Çox insan nikahı qeydiyyata almır ki, sabah boşananda əmlak gəlinə qalmasın” - PROBLEM
 

Son zamanlar Azəraycanda vətəndaş nikahı ilə yaşayan şəxslərin sayı artır. Əksəriyyət bunun səbəbini Avropa həyat tərzinə uyğunlaşmağa çalışmaqda görsə də, pərdəarxası məqamları kimsə nəzərə almır.

 

Modern.az-a bu barədə danışan "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova əvvəllər daha çox qeyri-rəsmi adlandırılan vətəndaş nikahlarının yeni hadisə olmadığını düşünür. Onun fikrincə, rəsmi nikahsız ailələrin artması erkən nikahlardan başlayıb:

"Əsasən ailə quran tərəflərin, xüsusilə qızların rəsmi nikaha yaşı çatmadığına görə, insanlar qeyri-rəsmi nikahda yaşayırdılar. Ona görə, vətəndaş nikahının artması yeni proses sayılmır. Erkən nikahlardan əlavə zamanla iqtisadi amillər də ortaya çıxdı və vətəndaş nikahlarının sayı durmadan artdı. Məsələ budur ki, əmlak bölgüsü haqqında qanun qəbul olunmazdan əvvəl ailələr qurulurdu, rəsmi nikah bağlanırdı və tutaq ki, 1 il sonra boşanma halı olanda illərlə qazanılmış mal-mülk 1 ilin gəlninə qalırdı. Oğlanın ailəsi, valideynləri, hətta özü tərəfindən əldə olunmuş əmlak qarşı tərəflə bölünürdü. Mülk əldə etmək naminə qurulan evliliklər artıdığına görə, əksəriyyət qeyri-rəsmi nikaha can atmağa başladı. Beləliklə, məsuliyyətdən qaçmaq, aliment ödəməkdən yayınmaq istəyi ilə vətəndaş nikahları quruldu. Hətta indi də çox insan nikahı qeydiyyata almır ki, sabah-birisigün boşananda əmlak gəlinə qalmasın. Halbuki qanun qəbul olunub, evlilikdən öncə mövcud olan əmlak sahibinin razılığı olmadan tərəflər arasında bölüşdürülmür”.

 

Avropada iki şəxsin bir-birinə qarşı heç bir iqtisadi tələb qoymadan, sivil qaydada bir yerdə yaşadığını xatırladan ictimai birlik sədri qərblilərin nikah bağlamağa ehtiyac duymadığını vurğulayıb. M. Zeynalova Azərbaycanda fərqli yanaşmanın olduğunu deyir:

"Ortada hansısa iddialar olur. Məsələn, daha çox qadın düşünür ki, bir yerdə yaşayım, 2-3 uşaq dünyaya gətirim, evini mənə versin. Hətta indi də bizə bu cür müraciətlərlə gələnlər olur. Şikayət edirlər ki, mənə oradan ev düşməlidir, 2 uşağım var axı?! Hələ də bizdə bu şüur qalır ki, uşaq doğmuşamsa, ev mənim olmalıdır. Amma bu da düzgün yanaşma deyil. Kişi illərlə qazanır, valideynlər ev tikir, sonra da kimə isə qismət olur.

 

Yenə qeyd edirəm, rəsmi nikah varsa, evlilik dövründə qazanılan əmlak bölünür. Tərəflərin əvvəlcədən var olan, valideynlərin mülkiyyətindəki əmlak bölünmür”.

 

Zeynalova dini amilin də vətəndaş nikahlarının artmasında rol oynadığını söyləyib:

"Çoxları "əsas allah yanında nikahdır” deyib, kəbin kəsdirir və rəsmi nikaha girmirlər. Daha çox kişilər məsuliyyətdən qaçmaq üçün qadınları qısnayır, psixoloji təsir edirlər ki, bir kağız bizim həyatımızı həll etmir. Bu ifadə çox geniş yayılıb”.


XƏBƏR LENTİ
15:26 | İmkanlı şəxslərə müraciyyət 15:11 | İlham Əliyev Xələf Xələfovu təltif etdi 15:10 | Təcili olaraq işlənmiş video kolposkop alıram 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:02 | "Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..." 14:58 | Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar... 14:54 | Prezident icra başçısını ordenlə təltif etdi 14:47 | Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. 11:51 | “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL 11:36 | Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər 11:17 | Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL 11:04 | Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş 10:51 | Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB 23:00 | Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT 22:30 | “İradə ilə Nuranın kaprizi insanı sənətindən küsdürür” 22:00 | Dolların sentyabrın 23-nə olan məzənnəsi açıqlanıb 21:40 | Bakıda polis əməkdaşını avtomobil vurub 21:20 | Vladimir Putin Qırğızıstan Prezidenti ilə görüşüb 21:06 | 200 milyon insanın həyatı TƏHLÜKƏDƏDİR - XƏBƏRDARLIQ 17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu