Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
23-08-2019, 21:40 Oxunub: 27

Putin ABŞ-la bağlı göstəriş verdi

Putin ABŞ-la bağlı göstəriş verdi
 
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın uçuş məsafəsi 500 km-dən çox olan yeni "Tomahawk” raketinin sınaqdan keçirilməsinə "simmetrik cavabın hazırlanması üzrə ətraflı tədbirlər” görməyi tapşırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Rusiya lideri Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədən sonra belə bəyanat verib.
Rusiya dövlət başçısının sözlərinə görə, Amerika tərəfi aralıq və qısa mənzilli raketlərin ləğvi haqqında Sazişdən (INF Müqaviləsi) çıxaraq, "dünyanın müxtəlif bölgələrində qadağan olunmuş raketlərin yerləşdirilməsi üçün əllərini açdı”.

Rusiya Prezidenti vurğulayıb ki, ABŞ Rusiyanın guya bu razılaşmaya riayət etməməsi ilə bağlı təbliğat kampaniyasına başlamışdı, lakin Moskva müqavilənin qadağan edilmiş silahlar üzərində Amerika tərəfinin gördüyü işlər barədə əvvəllər də məlumat vermişdi.

ABŞ-ın hərəkətləri ilə əlaqədar olaraq, Putin Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə təhdid səviyyəsini təhlil etməyi və simmetrik cavab vermək üçün tədbirlər görməyi tapşırıb. Rusiya, dövlət başçısının vurğuladığı kimi, təhlükəsizliyini birtərəfli qaydada təmin edəcək.
XƏBƏR LENTİ