Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
23-08-2019, 14:06 Oxunub: 18

Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI

Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI
 

S-400 ZRK-nın hissələrinin Türkiyəyə gətirilməsi Ankara-Vaşinqton münasibətlərində gərginlik yaratsa da, Moskvanın umduğu səviyyədə dərin böhrana səbəb olmadı.

Politoloq Şahin Cəfərli Redaktor.az-a açıqlamasında Türkiyə-Rusiya münasibətlərinin vəziyyətinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, Ankara-Moskva münasibətlərindəki bahar havasını soyuq külək əvəzləyib:

"Əsədin ordusu İdlib vilayətinin cənubundakı Xan Şeyxun şəhərini tam nəzarətə götürüb. Şam-Hələb yolu (M-5 şossesi) üzərində nəzarət də bərpa olunub. Nəticədə Türkiyə ordusunun Xan Şeyxunun cənub istiqamətində yerləşən Morek qəsəbəsindəki 9 saylı müşahidə məntəqəsi mühasirəyə düşüb. Dörd gün əvvəl Türkiyədən bu məntəqəyə göndərilən hərbi yardım konvoyu Suriya (bəzi iddialara görə, həm də Rusiya) aviasiyası tərəfindən bombalanmış və Türkiyə Baş Qərargahının açıqlamasına görə, 3 nəfər ölmüş, 12 nəfər yaralanmışdı. Türkiyə ölənlərin və yaralananların mülki şəxs, Suriya və Rusiya isə "Feylak üş Şam” terrorçuları olduğunu bildirir. Bombardmandan sonra Türkiyə "F-16”-ları Suriya hava məkanına daxil olsalar da, Suriyanın öz HHM sistemlərini aktivləşdirməsi və Rusiyanın Hmeymim aviabazasından 2 ədəd "Su-35” təyyarəsinin havaya qalxmasından sonra geri dönüblər. Dünən isə Suriya hərbi təyyarələri türk ordusunun Xan Şeyxundan şimalda, Maarrat ən-Numan şəhəri yaxınlığında yerləşən 8 saylı müşahidə məntəqəsi yaxınlığına xəbərdarlıq atəşi açıb. Türkiyə Astana prosesi çərçivəsində Suriyada 4 deeskalasiya bölgəsinin yaradılması qərara alındıqdan sonra bu razılaşmaya uyğun olaraq İdlibdə atəşkəsə nəzarət üçün 12 müşahidə məntəqəsi qurmuşdu. Üç deeskalasiya zonası Əsəd rejiminin nəzarətindədir, yalnız İdlib qalıb”.

Ş. Cəfərli qeyd edib ki, Əsəd bütün terrorçu və müxalif silahlı dəstələrin toplaşdığı İdlibi də geri almaq üçün hərəkətə keçib və türk hərbi kontingentinin buradan çəkilməsini istəyir:

"Rusiya və İran da ona dəstək verir. Hətta Rusiya hərbçiləri bilavasitə yerdəki döyüşlərdə iştirak etməyə başlayıblar. Bu gəlişmələrdən sonra Putin və Lavrov da son günlər Türkiyənin ünvanına sərt açıqlamalarla çıxış ediblər. Putin bildirib ki, ötən ilin sentyabrında Türkiyə ilə Soçi razılaşması əldə olunarkən terrorçular İdlibin 50%-nə nəzarət edirdilər, bu anlaşmadan sonra isə vilayətin 90%-ni ələ keçirdilər. Rusiya bundan narazı olsa da, Türkiyə və ABŞ arasında "S-400” böhranının necə yekunlaşacağını gözləyirdi və bu müddətdə Suriya ordusunun İdlibdə hərbi əməliyyatlar keçirməsini ləngidirdi”.

Politoloq vurğulayıb ki, Tramp Konqresdən gələn basqılara rəğmən Türkiyəyə sanksiya tətbiq etmədi:

"Moskva isə sanskiyaların tətbiq ediləcəyini gözləyirdi. Doğrudur, sanksiya ehtimalı hələ ki, tam aradan qalxmayıb. Üstəlik, Türkiyə və ABŞ Suriyanın şimalında, Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılması barədə razılığa gəldilər. Bundan başqa, Türkiyə Maduro rejimi ilə iqtisadi əlaqələrini demək olar ki, dayandırıb. 2018-ci ildə Türkiyənin Venesueladan idxalatı 879 milyon dollar həcmində olduğu halda, bu ilin 6 ayında cəmi 4 milyon dollar təşkil edib. Qarşılıqlı ticarət dövriyyəsi 95% azalıb. Səbəb ABŞ sanksiyaları ilə əlaqədar Türkiyənin Maduro rejimindən qızıl almağa son verməsidir”.

Ş. Cəfərli bildirib ki, bütün bunların nəticəsində Putin Əsədə İdlib əməliyyatları üçün yaşıl işıq yandırdı:

"İdlibdəki kritik durum və Türkiyə sərhədinə doğru yavaş-yavaş köç başlaması ilə əlaqədar Ankara Ərdoğan-Putin telefon danışığının təşkili üçün Moskvaya müraciət edib. Belə xəbərlər var ki, Rusiya Türkiyəyə 8 və 9 saylı müşahidə məntəqələrindəki əsgərlərini geri çəkməyi təklif edib, lakin Ankara rədd edib. Gələn ay Astana prosesi çərçivəsində prezidentlərin növbəti üçtərəfli görüşü keçiriləcək. Putin və Ruhani Ərdoğanın həmin görüşə mümkün qədər əli zəifləmiş halda gəlməsində maraqlıdır. İdlibin Əsədin nəzarətinə keçməsi Türkiyə üçün risklər yaratmaqla bərabər, 7 il əvvəl Şamdakı əməvi camisində namaz qılmaq hədəfi ilə yola çıxmış Ərdoğanın şəxsi məğlubiyyəti anlamına da gələcək”.

XƏBƏR LENTİ
18:36 | Məktəblərin ətrafında piyada keçidləri yenilənir 18:27 | Dünya çempionatında Azərbaycanın 3 güləşçisinin ilk rəqibi dəqiqləşib 18:22 | Əhali 8 ayda ərzağa nə qədər pul xərcləyib? 18:18 | Qərb üçün DƏHŞƏTLİ SÜRPRİZ: Ərdoğan istədi, Putin bu gün göndərdi - FOTO 18:15 | Ceyhun Bayramov məktəb açılışında 15:30 | Bakı polisindən çağırış: “Yol qaydalarına əməl edin, əks təqdirdə...” 15:10 | “Arvadını” başqa kişi ilə yatağa saldı, sonra 4 oğlanla... - Azərbaycanda AĞLAGƏLMƏZ OLAY 14:57 | İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq 14:38 | İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO 14:18 | Rusiya Azərbaycana YAŞIL İŞIQ YANDIRA BİLƏR - Bu açıqlamalar BOŞUNA VERİLMİR 12:24 | Paşinyanı ABŞ səfərində yenə fiasko gözləyir - iki səbəb 12:06 | Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi - GƏLİŞMƏ 11:42 | Uşaq bağçalar təhsil nazirliyinə qaytarılır? - GƏLİŞMƏ 11:25 | Gələn ilin maaş və pensiyaları ilə bağlı rəsmi açıqlama 11:10 | Su ilə bağlı QADAĞA 23:00 | Prezident MÜHÜM SƏRƏNCAM 22:30 | Bakıda inanılmaz hadisə - Dişini çəkdirərkən öldü 22:00 | SON DƏQİQƏ: Stadionda İZDİHAM: Onlarla ölü, yüzlərlə yaralı var - FOTOLAR 21:40 | Dumanlı havada “Ford” divara çırpıldı: ölən var 21:20 | Bakıda məşhur restoran bağlandı 21:20 | ABŞ-a köçən Elariz evini satışa çıxardığı - EVİN VİDEOSU 21:00 | Müğənniyə görə arvadını və oğlunu tərk etdi