Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
19-08-2019, 15:22 Oxunub: 69

“Mehriban Əliyevanın bu addımı bütün məmurlara örnəkdir!” - Şəhid xanımı

“Mehriban Əliyevanın bu addımı bütün məmurlara örnəkdir!” - Şəhid xanımı
 
 

"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm".

Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "İnstagram" səhifəsində yazıb.

Mehriban Əliyeva daha sonra bildirib: 
"Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. 
Allah rəhmət eləsin. 
Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!"

 

"Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri, "Aprel döyüşləri”ndə həlak olmuş polkovnik-leytenat Raquf Orucovun xanımı Sevinc Alızadə  Modern.az-a Birinci vitse-prezidentin bu addımını yüksək qiymətləndirdiyini vurğulayıb:


"Həmin görüntülər qürurvericidir. Mehriban xanım yanında heç kim olmadan Ali Hərbi Məktəbin məzunları ilə birgə şəhid məzarını ziyarət edib. Mehriban xanım II Fəxri Xiyabanda uyuyan şəhidləri ziyarət edib. Həmin yerdə "Aprel şəhidləri”ndən olanlar da dəfn edilib. Bu, bütün məmurlara örnək addımdır”.

 

Birliyin sədri bildirib ki, şəhid adını hamımız uca tutmalıyıq:

"II Fəxri Xiyabanda da bizim igidlərimiz uyuyur. Onları da hörmət və ehtiramla yad etməliyik. Bu addım ölkənin Birinci vitse-prezidentinin şəhidə verdiyi dəyərdir. Şəhid adını hamımız uca tutmalıyıq. Şəhidlik baş tacımızdır. İnsanlarımız şəhidlərimizi sayqıyla anmalı, adları çəkiləndə ayağa qalxmalıdır”.


XƏBƏR LENTİ
18:36 | Məktəblərin ətrafında piyada keçidləri yenilənir 18:27 | Dünya çempionatında Azərbaycanın 3 güləşçisinin ilk rəqibi dəqiqləşib 18:22 | Əhali 8 ayda ərzağa nə qədər pul xərcləyib? 18:18 | Qərb üçün DƏHŞƏTLİ SÜRPRİZ: Ərdoğan istədi, Putin bu gün göndərdi - FOTO 18:15 | Ceyhun Bayramov məktəb açılışında 15:30 | Bakı polisindən çağırış: “Yol qaydalarına əməl edin, əks təqdirdə...” 15:10 | “Arvadını” başqa kişi ilə yatağa saldı, sonra 4 oğlanla... - Azərbaycanda AĞLAGƏLMƏZ OLAY 14:57 | İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq 14:38 | İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO 14:18 | Rusiya Azərbaycana YAŞIL İŞIQ YANDIRA BİLƏR - Bu açıqlamalar BOŞUNA VERİLMİR 12:24 | Paşinyanı ABŞ səfərində yenə fiasko gözləyir - iki səbəb 12:06 | Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi - GƏLİŞMƏ 11:42 | Uşaq bağçalar təhsil nazirliyinə qaytarılır? - GƏLİŞMƏ 11:25 | Gələn ilin maaş və pensiyaları ilə bağlı rəsmi açıqlama 11:10 | Su ilə bağlı QADAĞA 23:00 | Prezident MÜHÜM SƏRƏNCAM 22:30 | Bakıda inanılmaz hadisə - Dişini çəkdirərkən öldü 22:00 | SON DƏQİQƏ: Stadionda İZDİHAM: Onlarla ölü, yüzlərlə yaralı var - FOTOLAR 21:40 | Dumanlı havada “Ford” divara çırpıldı: ölən var 21:20 | Bakıda məşhur restoran bağlandı 21:20 | ABŞ-a köçən Elariz evini satışa çıxardığı - EVİN VİDEOSU 21:00 | Müğənniyə görə arvadını və oğlunu tərk etdi