Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
16-08-2019, 10:57 Oxunub: 12

Sələm kredit müqaviləsinin qeyri-rəsmi formasıdır - VERGİ ÖDƏMƏLİDİRLƏR

Sələm kredit müqaviləsinin qeyri-rəsmi formasıdır - VERGİ ÖDƏMƏLİDİRLƏR
 
Sələm kredit müqaviləsinin qeyri-rəsmi formasıdır. Biri var kiməsə borc verəsən, biri də var kredit. Söhbət kreditdən gedirsə, bu, qanunvericiliklə, Mülki Məcəllənin müəyyən maddələri ilə nəzərdə tutulur. Sələm verən şəxslər isə heç bir hüquqi normaları nəzərə almırlar.

FED.az xəbər verir ki, bunu vəkil Absələddin Əliyev deyib.

Onun sözlərinə görə, vətəndaşların sələmə pul verilməsi qeyri-qanunidir:

"Müqavilə əsasında olmadığı halda, vətəndaşın bir başqasına faiz qarşılığında, yəni sələmə pul verməsi qanunsuzdur. Düzdür, bu məqamlar çox vaxt tərəflər arasında əvvəlcədən şifahi şəkildə qarşılıqlı formada müəyyən edilir. Müəyyən məbləğə uyğun olaraq müvafiq faizlər təyin edilir. Amma sələmə verilən məbləğ daha çox olur və faiz tələbi də bəzən yüksək olur. Müəyyən bir məbləğin birbaşa faizə verilməsi sələm hesab olunur. Vətəndaşların isə faizə pul verib, müqavilə bağlamaq səlahiyyətləri olmadığı üçün bu, qanunsuz hesab edilir”.

Vəkil qeyd edib ki, sələm verən şəxs özü də əldə etdiyi gəlirin miqdarına uyğun olaraq vergi ödəməlidir:

"İkinci bir tərəfdən, sələmə pul verən şəxslər qanunsuz fəaliyyətlə vergidən də yayınırlar. Külli miqdarda gəlir əldə edən şəxs isə vergidən yayındığı üçün İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələri üzrə məsuliyyətə cəlb oluna bilər. Bundan başqa, faizlə pul verən şəxs, ilk növbədə, vətəndaşın hüququnu kobud şəkildə pozur. Gələcəkdə onun heç bir təminatı olmur. Digər tərəfdən isə dövləti aldadır. Yaxşı olardı ki, vətəndaşlar bu cür qanunsuz fəaliyyətlə məşğul olmasınlar”.

Xatırladaq ki, Azərbaycan Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. 
XƏBƏR LENTİ
23:00 | Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb 22:45 | Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi 22:30 | Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı 22:15 | Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı 20:43 | Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI 17:41 | Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən etiraf 17:28 | "Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?" 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO 16:41 | Bakıda alkoqol aludəçisinin meyiti tapılıb 16:40 | “Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir 16:14 | Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı 16:00 | BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT 15:38 | Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə.... 15:04 | Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb 14:47 | Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür? 14:30 | Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq 14:14 | "Arzumuz, xəyallarımız baş tutmadı" — Rəşad Atakişiyevin həyat yoldaşından ÜRƏK PARÇALAYAN SÖZLƏR 13:55 | "SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ" adlı 1-ci filmin nümayişi təqdim olundu 13:26 | Orxanın təhsil haqqı ödənildi - FOTO 13:03 | Bu, ədəbsizlikdir - Bəhruz Quliyev 12:28 | Avtomobil bazarında son QİYMƏT