Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
16-08-2019, 10:41 Oxunub: 8

Rusiya və İran Qərblə sövdələşməyə çalışır: “Transxəzər” üzərindən - TƏHLİL

Rusiya və İran Qərblə sövdələşməyə çalışır: “Transxəzər” üzərindən - TƏHLİL
 
Türkmənistanda keçirilən Birinci Beynəlxalq Xəzər İqtisadi Forumunun gedişində Türkmənistan qazını Azərbaycan üzərindən Avropaya çatdırmaq üçün planlaşdırılan "Transxəzər” boru kəməri layihəsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı həm Rusiya, həm İran nümayəndələri bu layihəyə qarşı olduqlarını nümayiş etdiriblər.

"İran Xəzər dənizində şərqdən qərbə qaz kəmərlərinin tikintisinə qarşı çıxır, çünki bu, regionun ekologiyasına ciddi zərər vura bilər”, - deyə İranın "National Gas Company” şirkətinin nümayəndəsi Bəhruz Namdari Xəzər forumunda çıxışı zamanı bildirib.

O xatırladıb ki, İran qonşu ölkələrə karbohidrogen resurslarını dünya bazarlarına çıxarmaq üçün öz infrastrukturunu - qaz kəmərlərini və terminallarını təklif edir.

Rusiyanın baş naziri Dmitri Medvedev də forumda çıxışı zamanı Xəzərdə neft-qaz kəmərlərinin çəkilməsinə dair layihələrin əvvəlcə bütün sahilyanı ölkələr tərəfindən ekoloji ekspertizadan keçirilməli olduğunu deyib. Belə müddəa Xəzərin statusuna dair konvensiyada da əksini tapır. Hərçənd konvensiyanın digər müddəasına görə, Xəzərdə neft-qaz kəmərlərinin çəkilməsi həmin kəmərlər hansı ölkənin milli sektorlarından keçirsə, onların öz aralarında razılaşdırılmalıdır.

Daha əvvəl Rusiya hökumətinin aparat rəhbəri Sergey Prixodko da "Transxəzər” qaz kəməri ideyasını məqsədəuyğun saymadığını deyib: "Xəzərin unikal ekosisteminin qorunub saxlanılması maraqları istənilən hipotetik iqtisadi layihələr üzərində prioritet təşkil edir”.

Qeyd edək ki, uzun müddətdir fasilələrlə gündəmə gətirilən "Transxəzər” qaz kəməri ideyası son vaxtlar ABŞ tərəfindənm aktiv müdafiə olunur. Bu ölkənin prezidenti Donald Tramp bu ilin əvvəlindən bəri Orta Asiya qazının Avropaya daşınması üçün Xəzərin dibi ilə boru kəməri layihəsinin çəkilməsi məsələsini bir neçə dəfə səsləndirib. İdeya Rusiyadan qaz asılılığını azaltmağa çalışan Avropa Birliyinin də müsbət rəyinə malikdir. Həm ABŞ, həm də AB Azərbaycanı layihənin aktiv iştirakçısı, hətta təşəbbüskarı kimi görmək istəklərini dəfələrlə nümayiş etdiriblər. Azərbaycanın isə layihə ilə bağlı mövqeyi belədir ki, "Transxəzər” barədə qərarı kəmərin başlanğıcını götürdüyü ölkə qəbul etməlidir. Azərbaycan isə ancaq bundan sonra tranzit ölkə kimi öz mövqeyini ortaya qoyacaq.

Rusiya və İranın "Transxəzər”ə qarşı açıq mövqe nümayişinə keçməsi layihənin taleyinə necə təsir edə bilər? Doğrudanmı, onları yalnız Xəzərin ekologiyası maraqlandırır? ABŞ və AB bu iki ölkənin müqavimətini dəf edib, layihənin reallaşmasına nail ola bilərmi?

Sualları cavbablandıran enerji məsələləri üzrə ekspert, "Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın "Yeni Müsavat”a dediyinə görə, həm şimal, həm də cənub qonşumuzun Xəzərin hüquqi statusu, həmçinin "Transxəzər” boru kəmərləri layihələri ilə bağlı mövqeyi siyasi məqsədlidir: "Hər iki ölkə bu məsələlərdən özünün siyasi-iqtisadi, strateji maraqlarını qorumaq üçün Qərblə sövdələşmə predmeti kimi yararlanmağa çalışır. Buna görə də Xəzərin hüquqi statusu ilə bağlı proses bu qədər uzandı. Hazırda həm Rusiya, həm də İran ABŞ və Avropanın ağır sanksiyaları altındadır. Bu sanksiyalar ildən-ilə daha da ağırlaşdırılır. Belə bir şəraitdə Qərbin dəstəyi olan layihələrlə bağlı məsələdə həm Tehranın, həm də Moskvanın Türkmənistanda sərgilədiyi mövqe gözlənilən idi, burada təəccüblü bir şey yoxdur. Həm İran, həm də Rusiya məsələni qabartmaqla Qərblə sövdələşmə üçün müstəvi açmağa çalışırlar. Rusiya dünyanın ən böyük qaz ölkəsidir, İran isə ikinci böyük qaz ölkəsidir.

Yəni bu iki ölkənin imkanları qarşılığında 10-20 milyard kubmetr Türkmənistan qazının Avropa bazarına çıxması onlar üçün, demək olar ki, heç bir təhlükə yaratmır. Yəni burada hər hansı iqtisadi maraq axtarmaq lazım deyil, söhbət sırf siyasi sövdələşmə cəhdindən gedir. Buna görə də həm Rusiya, həm İran mətbuatı məqsədyönlü şəkildə məsələnin iqtisadi əhəmiyyətini şişirdirlər. Məqsəd diqqəti güdülən siyasi maraqlardan yayındırmaqdır. Bu maraqlar sanksiyaların ən azı yumşaldılması, ölkələrin strateji layihələrinin icrasına icazə verilməsi və sair məsələləri əhatə edir”.

Ekspert bildirir ki, Rusiya və İranın etirazı olmasa belə, "Transxəzər” qaz kəmərinin çəkilməsi layihəsinin prespektivi xeyli dumanlı görünür: "Burada birinci məsələ, türkmən qazını almaq istəyənin olmamasıdır. Necə ki, neft ağır və yüngül olur, təbii qaz da iki cür olur: turş və şirin. Tərkibində qarışıqlar, xüsusilə kükürdü çox olan qaz turş hesab olunur. Belə qazı boruya vurana qədər ciddi emal prosesindən keçirmək lazım gəlir. Türkmənistan qazı turş qazlardandır, kükürdü hədsiz çoxdur.

Ümumiyyətlə, Mərkəzi Asiya qazının hamısı belədir, xərcləri yüksək olduğuna görə bahalı qaz hesab olunur. Belə bahalı qazı kim almaq istəyəcək? İndiyədək hansısa Avropa şirkətinin bu qazı almaq istəyini ifadə etdiyini görən olmayıb. Digər tərəfdən, hətta kimsə almaq istəsə belə, kəməri kim çəkəcək? Nə qaz sahibi olan Türkmənistan, nə də Azərbaycan çəkiliş məsələsində təşəbbüskarlıq göstərmir. Bütün bunlar ideyanın reallaşmasını indiki halda mümkün etmir: məsələni siyasi həll yolu məlum deyil, iqtisadi baxımdan cəlbedici deyil, nəhayət, kimsə kəməri tikmək məsuliyyətini üzərinə götürmək istəmir. Bir sözlə, Rusiya və İran perspektivi aydın görünməyən bir layihədən siyasi məqsədlərlə bəhrələnməyə çalışır”.
"Yeni Müsavat” 
XƏBƏR LENTİ
23:00 | Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb 22:45 | Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi 22:30 | Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı 22:15 | Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı 20:43 | Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI 17:41 | Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən etiraf 17:28 | "Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?" 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO 16:41 | Bakıda alkoqol aludəçisinin meyiti tapılıb 16:40 | “Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir 16:14 | Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı 16:00 | BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT 15:38 | Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə.... 15:04 | Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb 14:47 | Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür? 14:30 | Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq 14:14 | "Arzumuz, xəyallarımız baş tutmadı" — Rəşad Atakişiyevin həyat yoldaşından ÜRƏK PARÇALAYAN SÖZLƏR 13:55 | "SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ" adlı 1-ci filmin nümayişi təqdim olundu 13:26 | Orxanın təhsil haqqı ödənildi - FOTO 13:03 | Bu, ədəbsizlikdir - Bəhruz Quliyev 12:28 | Avtomobil bazarında son QİYMƏT