Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
14-08-2019, 16:30 Oxunub: 4

Oğlu "Maserati" ilə avtoşluq edən deputatın otel və sanatoriyaları üzə çıxdı

Oğlu "Maserati" ilə avtoşluq edən deputatın otel və sanatoriyaları üzə çıxdı

"Naftalanın deputatı Mahir Aslanov ötən il mətbuata açıqlama vermişdi ki, "təmsil etdiyi" rayonda sanatoriya-filan tikdirmir, adında heç bir istirahət mərkəzi, biznes-filan yoxdur.

xeberekspress.az criminal.az-a istinadən xəbər verir ki, Səsi Rumıniyadan gəlir, deyir maaşa baxıram. Oğlu "Maserati" ilə avtoşluq edəndə deyirdi ki, biz zəhmətkeş insanlarıq. İndi sizə təqdim etdiyim sənədlərə baxın".

Jurnalist Cavanşir Həsənli araşdırıb ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan sübutlar deputatın umətbuata və ictimaiyyətə yalan dediyini təsdiq edir.

 

Mahir Aslanov ötən il mayın 16-da Naftalanın Şirvan prospekti 4 C ünvanında ümumi sahəsi 10 min kvadrat metrdən artıq 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzinin tikintisinə öz adına icazə alıb. "Naftalanda deputatın daha bir müalicə sağlamlıq mərkəzi də var, Kəpəz sanatoriyası.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan digər bir sənədə görə Mahir Aslanov öz adına 2017-ci il iyulun 18-də Xətai rayonu Nobel prospekti 9 ünvanında 7 mərtəbəli, mansardı olan ofis binasının tikintisinə icazə alıb.

Yeri gəlmişkən oğlu Məhəmmədəli Aslanov Xətai rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır. Amma deputat orada ofis yox, otel tikdirib. İndi həmin ünvanda 95 saylı seçki dairəsi adından şəxsi biznesini təmsil edən Mahir Aslanovun ümumi sahəsi 2249.1 kv.m. olan "Nobel" oteli fəaliyyət göstərir.

Bundan əvvəl isə mətbuat yazıb ki, Bakıdakı HAPPY İNN HOTEL və Kəpəz mebel salonları da deputata məxsusdur. Niyə HAPPY İNN? Çünki deputatımız xalqın əvəzinə çox xoşbəxtdir, mandat, otellər, istirahət mərkəzləri, sərhəd tanımayan biznes, deklarasiyasız sərvət... Bir də deputatımızın səsi Avropadan, konkret desək Rumıniyadan gəlir. Buxarestdə 17 ildən bəri fəaliyyət göstərən NİCO KAPAZ SRL şirkətinin sahibidir".

Xatırladaq ki, 2015-ci ilin yanvar ayında avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı "Maserati" markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb. Məlum olub ki, belə dəbdəbəli avtomobillə "avtoşluq" edən sürücü Famil Mahir oğlu Aslanovdur.

XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi