Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
14-08-2019, 14:04 Oxunub: 5

Rusiyanın orden və medallarını almış Azərbaycanın dövlət xadimləri - SİYAHI

Rusiyanın orden və medallarını almış Azərbaycanın dövlət xadimləri - SİYAHI
 

Ötən gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinin imzaladığı fərmanla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Dostluq” ordeni ilə təltif edilib. Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.

 

İndiyə kimi kimi Rusiyanın dövlət  mükafatı, orden və medalları ilə təltif olunan xeyli azərbaycanlı ictimai-siyasi xadim olub. 

Modern.az ictimai-siyasi fəaliyyəti olan həmin şəxslərin bir qisminin siyahısını təqdim edir.


Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla Əliyeva 2015-ci ildə Rusiyadan mükafat alıb. Belə ki, həmin il president Vladimir Putin Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya "Puşkin” medalını təqdim edib. Leyla Əliyeva "Puşkin” medalına "Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə” layiq görülüb.

 

Milli Məclisin sədri Oqtay  Əsədov MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun əli ilə  Rusiya Prezidenti Vladimir Putinin  adından "Dostluq” ordeni ilə təltif edilib.

 

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ötən il Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev  tərəfindən "Şərəf” ordeni verilib.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu  2015-ci il mayın 21-də Vladimir Putin tərəfindən Kremlin Yekaterina salonunda   "Şərəf” ordeni  ilə mükafatlandırılıb.

 

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov  2015-ci ildə Rusiyanın "Dostluq”  ordeni ilə təltif edilib. 

  

Sabiq nəqliyyat naziri Ziya Məmmədov Rusiya Federasiyası Nəqliyyat Naziriyinin "Fəxri dəmiryolçu” mükafatına, həmçinin  Rusiya Federasiyası Dərbənd şəhərinin "Fəxri vətəndaşı” adına layiq görülüb.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da mükafat alanlar sırasındadır.  Belə ki, bir neçə gün öncə  Rus icmasının sədr müavini Boris Voronin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, şəhər və bölgələrdəki rus icmasına, əmək və müharibə veteranlarına göstərdiyi böyük köməyə görə "Şərəf və ləyaqət” ordenini təqdim edib.


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 2015-ci ildə Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı – "Əl-İzzət - Şərəf, Şöhrət və Ləyaqət” ordeni ilə təltif olunub. Bundan başqa, o, Rusiya Federasiyasının "Dostluq" və "Şöhrət" ordenini də alıb.

Milli Məclisinin komitə sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov 2016-cı Rusiya Federasiyasının "Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə təltif olunub.


XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi