Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
8-08-2019, 11:58 Oxunub: 16

“Özünü ümummilli lider kimi aparır, Qarabağ məsələsində məzənnəni qaldırır...” - GƏLİŞMƏ

“Özünü ümummilli lider kimi aparır, Qarabağ məsələsində məzənnəni qaldırır...” - GƏLİŞMƏ
 
Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndində keçirilən "ümumerməni” mitinqində çıxışı zamanı irəli sürdüyü tezislər heç erməni ekspert çevrələrində də müsbət qarşılanmayıb. Xəbər verildiyi kimi Paşinyan Qarabağı Ermənistana birləşdirməyi nəzərdə tutan "miatsum” şüarını yenidən gündəmə gətirib və deyib: "Qarabağ Ermənistandır, nöqtə”.

Rəsmi Bakı artıq Paşinyanın bu çıxışına sərt bəyanatlarla reaksiya verib. Virtualaz.org xəbər verir ki, Rusiyanın ekspert çevrələrindən də Ermənistan baş nazirinin çıxışına reaksiyalar var. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq araşdırmalar mərkəzinin avroatlantik təhlükəsizlik üzrə Mərkəzinin aparıcı elmi əməkdaşı Sergey Markedonov qeyd edir ki, Paşinyanın çıxışı milli birlik və erməni birliyinə maneə yaradan çoxsaylı parçalanmalar barədə pafosa bürünmüşdü.

"Qarabağ məsələsinin postsovet Ermənistanı üçün ən mühüm mövzu olduğu yenilik deyil. Lakin rəsmi Yerevanın nümayəndələrindən heç kim indiyə qədər bu qədər dəqiq və aydın deməmişdi ki, "Qarabağ-Ermənistandır”. Paşinyan sevimli mövzusundan-inqilab mövzusundan da yan keçə bilməzdi və onun fikrincə Ermənistanda baş vermiş inqilab Qarabağda da davam etdirilməlidir. Beləliklə, Paşinyan özünü ayrıca götürülmüş respublikanın nazirlər kabinetinin rəhbəri kimi deyil, ümumerməni lideri kimi aparır”,-Markedonov məqaləsində yazır.

Rusiyalı ekspertə görə Paşinyan istəyir ki, 2020-ci ildə Qarabağda hakimiyyətdə onun adamı olsun. Ona görə də o, erməniləri qarabağlılara, yerevanlılara, gümrülülərə və ya icevanlılara ayırmağın mümkün olmadığını deyəndə birmənalı şəkildə eyham vurur ki, birləşdirici lideri statusuna iddia edir. Və bu zaman o öz qaydaları ilə oynayacağını bildirir.

Habelə Markedonov hesab edir ki, Paşinyanın çıxışında xarici siyasət elementləri də var. O, Bakıya və həmsədr ölkələrə ünvanlanıb.

"Paşinyan aydındır ki, danışıqlarda sərt mövqeyini möhkəmləndirmək istəyir və münaqişənin nizamlanmasına dair baza prinsiplərini detallı şəkildə müzakirə etmək istəmir. Bu qırğı mövqeyidir, amma Paşinyanın işinə Ermənistanın daxilində yarayır”,-Markedonov vurğulayır. O qeyd edib ki, Paşinyan əvvəlki hakimiyyəti beynəlxalq arenada əsassız güzəştlərə getməyə can atan qüvvələr kimi təqdim edir və Qarabağ məsələsində məzənnəni qaldırmaq bu məsələdə onun işinə yarayır.

Paşinyan Xankəndindəki çıxışında Ermənistan üçün yaxın 30 ildə hədəfləri də elan edib. Və bunlara ÜDM-in 7 dəfə artırılması, maaşların, səhiyyə, təhsil xərclərinin on dəfələrlə artımı kimi utopik tezislər də daxildir. Hansı ki, meydana toplaşanlar Paşinyanın bu boş vədlərinə əsnəməklə reaksiya veriblər.

Yerevandakı Qafqaz İnstitutunun eksperti Qrant Mikaelyana görə Paşinyanın bu vədləri ancaq o halda həyata keçə bilərdi ki, hansısa super dövlət Ermənistana pul yağdırsın. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Yaponiyaya kömək edib iqtisadiyyatını qaldırdığı kimi. Hazırda isə ekspertin qeyd etdiyi kimi erməni iqtisadiyyatını görünməmiş ÜDM həcmində qaldırmağa hazır olan dövlət yoxdur. Ermənistanın özünün buna nail olması da mümkün deyil, çünki imkanı çatmır. 

Mikaelyana görə Paşinyanın səsləndirdiyi hədəflərə necə çatacağına dair detallı proqramı da yoxdur. Digər tərəfdən belə uzunmüddətli proqramı həyata keçirmək üçün hakimiyyətlərin vərəsəliyi mövcud olmalıdır. Ermənistanda isə bu mümkün deyil. Hər yeni gələn hakimiyyət əvvəlkinin kursunu təftiş edir. Ona görə də Paşinyan 5-10 ildən sonra hakimiyyətdən gedəndə onun proqramını kimin həyata keçirəcəyi sual altındadır. 
XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi