Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
8-08-2019, 11:45 Oxunub: 14

Azərbaycan üçün ucuz neft təhlükəsi - TƏHLİL

Azərbaycan üçün ucuz neft təhlükəsi - TƏHLİL
 
Brent neftinin qiyməti 59 dollardan da aşağı düşüb. 

Bakı vaxtı ilə saat 07:45-də Brent nefti 58,87 dollardan alıcı tapıb. İyulun sonunda Brent nefti 65 dollardan baha satılırdı. Avqust ayında neft 11% ucuzlaşıb. Bildirək ki, neftin ucuzlaşmasına səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin şiddətlənməsidir. ABŞ sentyabr ayından etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəyini açıqladıqdan sonra milli valyuta yuanın ucuzlaşmasına icazə verilib. 

Ticarət müharibəsinin dünyanın iki böyük iqtisadiyyatı başda olmaqla qlobal iqtisadiyyata ziyan vuracağı və nəticədə neftə tələbin azalacağı ehtimal edilir. Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürüb. 

Neftin dəyərdən düşməsi Azərbaycan üçün təhlükədir, yoxsa hazırkı vəziyyət keçicidir? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban qısamüddətli qiymət dəyişiminin Azərbaycan üçün təhlükə olmayacağını bildirib:

"Bu, Azərbaycan hökumətinin cari il üçün götürdüyü qiymətdən 11 faiz yuxarıdır. Ona görə də hələlik heç bir narahatlığa əsas yoxdur. Neftin qiymətinin kəskin ucuzlaşması isə ABŞ Prezidentinin sentyabrın 1-dən Çin Xalq Respublikasına qarşı gömrük siyasətinin sərtləşdirilməsi və 300 milyard dollarlı aksiz tariflərinin tətbiqi ilə bağlı bəyanatından sonra baş verib. Bununla elə hesab edirlər ki, iki ölkə arasında ticarət münasibətlərinin zəifləməsi, o cümlədən dünya iqtisadiyyatının tempinin aşağı düşməsinə gətirib çıxaracaq. Sonra da enerjiyə olan tələbatı səngiyəcək. Bunun fonunda da qiymət ucuzlaşır”. 

Neft mütəxəssisi pozitiv bəyanat olacağı təqdirdə qiymətin sabitləşəcəyini, əks təqdirdə isə daha da aşağı düşəcəyini diqqətə çatdırıb. 

İlham Şaban vəziyyətlə bağlı OPEC-in fövqəladə iclas keçirməyəcəyini də vurğulayıb: 

"İndi bazara pozitiv bəyanatlar çıxmalıdır. Bu zaman neft yenidən öz qiymətlərini bərpa edəcək. Neftin qiymətinin bir gün və yaxud da bir həftə, bir ay düşməsi onun illik qiymətində hansısa bir dəyişiklik, təlatüm demək deyil. Əsas məsələ rüblük və orta illik qiymətdir. O isə hazırda norma çərçivəsindədir. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) fövqəladə iclas etməsi hələlik gözlənilmir. Çox güman ki, sentyabrın sonunda OPEC ölkələrinin görüşü olacaq. Ancaq noyabrın sonu, dekabrın əvvəlində keçiriləcək konfrans bazarla bağlı öz sözünü deyə bilər. Real götürəndə neftin orta qiyməti 65 dollardır. Əgər sabah 20 dollar, o biri gün 70 dollar olsa da, bunlar heç nəyi dəyişmir. Əgər pozitiv siqnal olmasa, qiymət düşəcək. Azərbaycan hökuməti Prezidentə sonuncu iclasda bildirdi ki, neft sektorundan asılı deyilik, qeyri-neft sektorunun artımı 15 faizdir. Qeyd olundu ki, neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 38 faizdir. Niyə narahat olaq? Hökumətin dediyinə uyğun narahat olmamalıyıq. Azərbaycan hökuməti Prezidentin yanında son 8-9 ildə neft məsələsini müzakirə etməyib. Ona görə də təşvişə ehtiyac yoxdur”. 
XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi