Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
8-08-2019, 09:45 Oxunub: 14

Qızıl almaq istəyirsinizsə, tələsin! - Qiymətlərdə kəskin artım gözlənilir

Qızıl almaq istəyirsinizsə, tələsin! - Qiymətlərdə kəskin artım gözlənilir
 

Son vaxtlar qızılın dünya bazarında qiymətinin artımı müşahidə edilir. Bu, Azərbaycan qızıl bazarına da təsirsiz ötüşməyib. 

Bəs bu bahalaşmanın səbəbləri nədir və bundan sonra qızılın qiymətində artım müşahidə ediləcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, qızılın qiymətinin artması dünya bazarında ona olan tələbatın artımı ilə əlaqədardır:

 

"2018-ci ilin sonu 2019-cu ilin əvvəllərində qızılın qiymətində artımın olacağını proqnozlaşdırmışdıq. Bundan başqa, Çin və ABŞ arasındakı ticarət müharibəsi birbaşa qlobal iqtisadi artım tempinin azalmasına gətirib çıxarıb. Bu azalma fonunda investor portfellərini şaxələndirirlər ki, bu da bazarda qızılın qiymətinin artmasına səbəb olub”. 

Onun sözlərinə görə, son bir ildə dünya bazarında qızılın qiyməti təxminən 10 faiz artıb. 

"Bu, son illərin kifayət qədər yüksək artımı kimi qiymətləndirilir. Artım bu tempdə davam edir. Altı aylıq və bir aylıq yekunlarda da qızıl faktiki olaraq, mövqelərini möhkəmləndirib. Ticarət müharibəsi davam etdikcə, növbəti aylarda da qızılın qiymətində artım olacaq. 2019-cu ildə dünya bazarında qızılın qiymətində ikirəqəmli artımın olacağı proqnozlaşdırılır. Bu da faiz baxımından ən yüksək artım kimi qiymətləndirilir”, - iqtisadçı əlavə edib.. 

O qeyd edib ki, qızılın dünya bazarında qiymətinin artması Azərbaycan istehlak bazarına da təsir edib:

"Azərbaycan qızıla olan tələbatının 95 faizini əsasən, dörd ölkədən edilən idxal hesabına ödəyir. Bunlar Səudiyyə Ərəbistanı, İtaliya, Rusiya və Türkiyədir. Son monitorinqlər göstərir ki, ölkədə son altı ayda qızılın qiymətində yeddi faizə yaxın artım qeydə alınıb. Növbəti dövrdə də Azərbaycanda qızılın qiymətinin artacağı proqnozlaşdırılır. 

Nəzərə alsaq ki, sentyabrdan Məhərrəm ayı başlayır. Sentyabr və oktyabr aylarında qızılın qiymətində stabilləşmə olacaq. Noyabr ayından etibarən qızılın qiymətində yenidən artımların olacağı proqnozlaşdırılır. Bu artım təxminən səkkiz faiz olacaq”. 



XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi