Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
8-08-2019, 09:27 Oxunub: 13

Atambayevi həbs etmək hələ mümkün olmayıb - 1 ölü, 50 yaralı - QARŞIDURMA

Atambayevi həbs etmək hələ mümkün olmayıb - 1 ölü, 50 yaralı - QARŞIDURMA
 

Qırğızıstan xüsusi təyinatlılarının keçmiş prezidenti Almaz Atambayevi saxlamaq cəhdi baş tutmayıb.

 

Modern.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz azad edilməsində əli olduğu iddia olunan sabiq prezident Atambayevin 3 dəfə istintaqa ifadə verməkdən imtina etməsi toqquşmalara səbəb olub.


Almaz Atambayevi Çuy rayonunun Koy-Taş kəndindəki evindən Prokurorluğa aparmağa gələn xüsusi təyinatlılar yerli sakinlərin müqaviməti ilə rastlaşıblar.

 

Son məlumatlara görə, Atambayevin tərəfdarları və xüsusi təyinatlılar arasında toqquşmalarda 50 nəfər yaralanıb. Hadisələr zamanı 1 xüsusi təyinatlı ölüb, 6-sı isə Atambayev tərəfdarları tərəfindən girov götürülüb. Hazırda eks-prezident tərəfdarları ilə Koy-Taş kəndindəki evindədir.

Həlak olan "Alfa" xüsusi təyinatlı qrupu komandirinin müavinidir.


Ölkənin daxili işlər nazirinin müavini Asanovun xüsusi təyinatlıları azad etmək cəhdi isə baş tutmayıb. Sakinlər hadisələrin baş verdiyi Koy-Taş kənində elektrik enerjisinin verilişinin bərpasını, telefon və internetin yenidən verilməsini tələb ediblər.

 

Xatırladaq ki, vəziyyətin gərginləşməsi ilə bağlı bu gün Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun başçılığı ilə Təhlükəsizlik Şurasının və parlamentin növbədənkənar iclaslarının keçirilməsi gözlənilir.

Almazbek Atambayev korrupsiya, "qanuni oğru” Əziz Butukaevin qanunsuz azad edilməsi, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham edilir.


Sabiq prezident Almazbek Atambayev isə avqustun 7-dən 8-nə gecə keçən "Aprel” televiziya kanalı vasitəsilə xalqa müraciət edib.

"Mən sizə kədərlə müraciət edirəm. Bugünkü iqtidar ölkə Konstitusiyasını pozaraq öz xalqına odlu silahlardan atəş açır. Bu, çox utandırıcı bir haldır. Atambayev və onun ətrafına toplaşanlar terrorçu deyil. İqtidara demək istəyirəm, dayanın və öz xalqınıza güllə atmayın".

Almazbek Atambayev güc strukturlarına müraciətlə deyib: "Bu gün sizə atəş əmri verənlər ölkədən qaçacaq, ancaq siz qalacaqsınız. Siz xalq qarşısında and içmisiniz, bu gün onlara güllə atırsınız”, deyən sabiq prezident, həmçinin tərəfdarlarına da təşəkkürünü bildirib.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.


XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi