Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
8-08-2019, 09:18 Oxunub: 15

Ölkədə internetin sürəti ZƏİFDİR - Buna görə

Ölkədə internetin sürəti ZƏİFDİR - Buna görə
 

"Ötən illərdən fərqli olaraq, sürətli geriləməyimizin səbəbi Nazirliyin dediyi kimi, reytinqdəki ölkələrin sayının çoxalması deyil".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, texnologiya üzrə ekspert Osman Gündüz bildirib.

Azərbaycanda internetin sürəti ilə bağlı hesabatına münasibət bildirən  Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasını şərh ed

ən ekspertə görə, Nazirliyin açıqlaması qanedici deyil:

"NRYTN ötən gün Cable ( Cable.co.uk) qurumunun dünya ölkələri arasında internetin sürəti ilə bağlı açıqladığı Reytinq Cədvəlinə etirazını bildirib. Həmin cədvəldə Azərbaycanın son iki ildə 33 pillə geriləyərək, 208 ölkə arasında 142-ci yerdə olması vurğulanıb. NRYTN bildirib ki, "Cable.co.uk” təşkilatının təqdim etdiyi statistik göstəricilər subyektiv xarakter daşıyır. Bu təşkilat monitorinq olunan ölkələrin sayını da artırdığından Azərbaycanla bağlı vəziyyət pisliyə dəyişib. Nazirlik Bakıda və regionlarda geniş zolaqlı internetlə bağlı yeni Layihənin icra olunduğunu da diqqətə çatdırıb. Vəssalam, açıqlamada başqa heç bir əsaslı arqument yoxdur.

Nazirliyin gətirdiyi arqumentərin heç biri mahiyyəti üzrə deyil.

"Yalnız dövlət qurumları tərəfindən aparılan layihələri sadalamaq və özəl sektorun fəaliyyətindən bir kəlmə də danışmamaqla, bəlkə də inkişafın nə üçün ləng getməsinin səbəbini dolayısıyla açıqlamış olub. Nazirlik İnternetin inkişafını səciyyələndirən daha ciddi, birbaşa mahiyyətə dəxli olan arqumentlər gətirə bilərdi. Halbuki həmin arqumentlər əslində Cable qurumunun açıqladığı Reytinq Cədvəlinin reallığa daha çox yaxın olduğunu təsbiq edəcəkdi.

Son illər ölkədə yüksəksürətli internet istifadəçilərin sayında ciddi artım olmayıb.

Nazirliyə tabe olan dövlət provayderləri yeni müştərilər cəlb etmək əvəzinə, özəl provayderlərin müştərilərini ələ keçirməklə məşğul olub.Həmçinin Nazirlik  yeni infrastruktur yaratmaq əvəzinə, özəl provayderlərin olduğu yaşayış binalarına daha çox diqqət yetirib. Nazirkik çox yaxşı bilir ki, özəl provayderlər 3 ildə bir nəfər də olsa genişzolaqlı internet istifadəçisini qoşa bilməyiblər. Çünki Nazirlik onları sadəcə Kabel-kanal sisteminə yaxın buraxmayıb.

Ölkəyə daxil olan İnternet trafikin həcmi son 3 ildə necə dəyişib?

Backbone provayderlər şikayətlənirlər ki,  nəinki yeni tarfik gətirmək , əksinə ölkəyə gətirdikləri trafiki ölkə daxilinə sata bilmirlər və bu səbəbdən də trafiki xarici bazarlara satırlar Backbone provayderlər bazarı inkişaf etdirmək üçün qiyməti 70% endirmək istədikdə isə bazaraın 50%-nə nəzaərt edən dövlət provayderləri bu təşəbbüsü yerindəcə boğdular.

Mobil internet trafiklərdə ciddi artımlar qeydə alınmayıb.

Bunun üçün "Azercell”in son 3 ildə "Delta”dan aldığı trafikin həcminə baxmaq yetərlidir. Təbii ki, bunun nəticəsi Cable qurumu, eləcə də digər beynəlxalq qurumların  internetin inkişafı ilə əlaqəli statistikasında öz əksini tapmalı idi.  Ötən illərdən fərqli olaraq, sürətli geriləməyimizin səbəbi Nazirliyin dediyi kimi, reytinqdəki ölkələrin sayının çoxalması deyil. Səbəb odur ki, Reytinq Cədvəlindəki digər ölkələr "yatmayıblar”, onlar bu sahədə sadəcə daha sürətli irəli gediblər.

Cədvəldəki vəziyyəti dəyişməyin yolları aşağıdakılardır:

1. Tənzimləyici qurum olaraq, NRYTN inhisarçılıq xəttindən əl çəkməli, sektorda inkişaf üçün münbit şərait yaratmalı, İSP-ləri yığıb vəziyyəti müzakirə etməlidir;

2. Dövlət və özəl İSP-lər üçün bərabər şərtlər müəyyən edilməlidir;

3. Rabitə quyularının ağzını açmaq və özəllərin də bu dövlət resursundan bərabər əsaslarla istifadəsinə şərait yaratmaq;

4. Dövlətə məxsus Kabel-kanal sistemindən bərabər əsaslarla istifadə Qaydaları hazırlamaq;

5. Yüksəksürətli İnternetin, o cümlədən mobil internetin qiymətlərini endirmək;

6. Regionlarda yüksəksürətli internetin inkişafına investisiya yatırmaq;

7. İnternetin inkişafı ilə bağlı ayrılan dövlət resurslarından səmərəli və effektiv istifadə etmək”.


XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi