Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
7-08-2019, 16:49 Oxunub: 15

Qarabağda keçirilən ümumerməni oyunlarında BİABIRÇILIQ – Diaspor erməniləri Yerevana qayıdacaq

Qarabağda keçirilən ümumerməni oyunlarında BİABIRÇILIQ – Diaspor erməniləri Yerevana qayıdacaq
 
Ermənilərin Azərbaycanın işğal altındakı torplaqlarında keçirdikləri VII Ümumerməni Oyunları ötən gün açıldı. Avqusutun 17-nə qədər davam edəcək və 5244 idmançının qatılacağı yarışlar 17 idman növünü əhatə edəcək.

4 ildən 1 keçirilən yarışlarda qanında cüzi də olsa, erməni qanı olan istənilən şəxs iştirak edə bilər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan hakimiyyətinin imicini yaxşılaşdırmaq və Azərbaycanı təxribata çəkmək üçün hazırlanmış "oyun şou”su ciddi uğursuzluqla üzləşib.

Belə ki, təşkilatı məsələlərə diqqət yetirilməməsinə görə Qarabağa Ermənistan və diaspordan gələn ermənilərə vaxtında qalmaq üçün yerlər ayrılmayıb.

Ümumerməni Oyunları Beynəlxalq Komitəsinin sədri İşxan Zakaryan problemi açıq dilə gətirməli olub.

"Oyunların Qarabağa keçirilməsinə görə burada Yerevandakı şəraitin olmadığını nəzərə almalıyıq. Qarabağda mehmanxanalarda 800 yer olduğu halda, bura 5 mindən artıq idmançı gətirilib”.

Zakaryan bəzi idmançıların kənd evlərində, ağır şərtlər altında yaşadığını söyləyib.

"Məsələn, Suriyadan olan idmançılar kənddə qaldı. Rusiyadan gələnlərin də bir qismi kəndlərə qlamalı olub”.

İdman yarışlarının keçirilməsi üçün idman obyektlərinin, texniki avadanlıqların qənaətbəxş olmaması, komfortlu yaşayış şəraitinin qurulmamasına görə diaspordan gələn idmançıların əksəriyyəti arasında narazılığın yarandığı bildirilir.

Bu səbəbdən Qarabağdakı qondarma rejim rəhbərliyinə təşkilat komitəsindən ciddi iradların daxil olduğu xəbər verilir. Qarabağda infrastukturun yetəri səviyyədə olmamasına görə oyunlar avqustun 9-da Ermənistan ərazisində davam etdiriləcək. 

Xatırladaq ki, erməni diasporunun ən böyük nümayəndə heyətləri Rusiyadan (14 şəhərdən 368 idmançı), ABŞ-dan (11 şəhərdən 318 idmançı), Fransadan (6 şəhərdən 178 idmançı), Avstraliyadan (86) gəlib. İsveç ermənilərini isə cəmi 1 idmançı təmsil edəcək. Yarışlara qatılacaq idmançıların yarıdan çoxu Yerevan, Gümrü, Vanadzor və Qarabağ erməniləridir. 
XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi