Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
7-08-2019, 11:28 Oxunub: 17

Azərbaycanın peyki pilotun axtarışına qoşulub? - AÇIQLAMA

Azərbaycanın peyki pilotun axtarışına qoşulub? - AÇIQLAMA
 
Prezidentin 2010-cu il mayın 3-də imzaladığı sərəncamla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edib. 

Bu qurumun yaradılmasında məqsəd telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsidir. 

Maraqlıdır, peykin imkanlarından istifadə etməklə axtarış əməliyyatına qoşulmaq mümkündürmü? Əgər mümkündürsə, peyk qəzaya uğrayan "MiQ 29” təyyarəsinin axtarış əməliyyatına qoşulub? 

Məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətindən peykin bu cür axtarış əməliyyatlarında birbaşa iştirak etmədiyini bildirilib. 

Peykimizin ən böyük imkanlarından biri Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyətləri izləməsidir: 

""Azersky” peykindən əldə olunan təsvirlər mütəmadi olaraq ölkənin müdafiə və təhlükəsizlik sahəsində geniş istifadə olunur. Beynəlxalq təcrübədə yalnız günün işıqlı vaxtı çəkiliş imkanına malik olan optik, Yer səthinin məsafədən müşahidə peyklərindən əldə olunan təsvirlər bu tip axtarışlarda birbaşa olaraq istifadə olunmur. Sözügedən hadisənin gecə vaxtı baş verdiyini nəzərə alaraq "Azersky” peykinin təsvirlərindən birbaşa axtarışlarda deyil, axtarış əməliyyatlarının planlaşdırılmasında və nəticələrin qeydiyyatında altlıq kimi istifadə edilə bilər. Bundan əlavə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyətlər daimi olaraq "Azersky” peyki vasitəsilə izlənilir və peykdən əldə olunan təsvirlər əsasında monitorinq hesabatlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin, "Azersky” peykinin tətbiq sahələri üzrə ayrı-ayrılıqda, kənd təsərrüfatı, ekologiya, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə və turizm sahəsində müxtəlif dövlət qurumları ilə layihələr həyata keçirilir”. 

XƏBƏR LENTİ
23:00 | Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb 22:45 | Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi 22:30 | Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı 22:15 | Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı 20:43 | Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI 17:41 | Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən etiraf 17:28 | "Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?" 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO 16:41 | Bakıda alkoqol aludəçisinin meyiti tapılıb 16:40 | “Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir 16:14 | Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı 16:00 | BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT 15:38 | Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə.... 15:04 | Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb 14:47 | Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür? 14:30 | Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq 14:14 | "Arzumuz, xəyallarımız baş tutmadı" — Rəşad Atakişiyevin həyat yoldaşından ÜRƏK PARÇALAYAN SÖZLƏR 13:55 | "SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ" adlı 1-ci filmin nümayişi təqdim olundu 13:26 | Orxanın təhsil haqqı ödənildi - FOTO 13:03 | Bu, ədəbsizlikdir - Bəhruz Quliyev 12:28 | Avtomobil bazarında son QİYMƏT