Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
7-08-2019, 10:36 Oxunub: 14

İrəvan danışıqlara son qoydu? - TƏHLİL

İrəvan danışıqlara son qoydu? - TƏHLİL
 
Paşinyanın Dağlıq Qarabağla bağlı heç bir strategiyası yoxdur. O, situasiyaya uyğun hərəkət edən və mitinqlər zamanı emosional vəziyyətdə, ekstaza gəlib, müxtəlif fikirlər söyləyən şəxsdir. Bu günə qədər onun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə diqqət yetirsək, onların bir neçə istiqamətə haçalandığına şahid olarıq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, son çıxışıyla Paşinyan faktiki olaraq Ermənistanın işğalçı siyasətini dilə gətirdi:

"Daha öncə o, Qarabağın müstəqil hüququn subyekti kimi danışıqlar prosesinə cəlb olunmalı olduğunu və Dağlıq Qarabağdakı ermənilərin ona səs vermədiyi üçün onların adından danışa bilməyəcəyini deyirdisə, indi o, Dağlıq Qarabağı Ermənistanın tərkib hissə elan edir. Faktiki olaraq Paşinyan bununla işğal siyasətini dilə gətirir və tərəf olduğunu ortaya qoyur. Bu, indiyə qədər onun səsləndirdiyi fikirlərdəki ziddiyət faktorudur.

İkincisi, bu, 1989-1990-cı illərdə Ermənistan Ali Sovetində Dağlıq Qarabağın Ermənistana birlədirilməsi ilə bağlı qəbul edilən iki qərara faktiki olaraq növbəti dəfə qayıdılması deməkdir. Bu da bütövlükdə Minsk prosesini inkar edir. Nəzərinizə çatdırım ki, 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti həmin qərarları ləğv etmiş və onun konstitusiyaya zidd olduğunu bəyan etmişdi. Bu aspektdən təbii ki, həmin qərarlar qüvvəsini itirmişdi. Hazırda başlanan bu proses 1994-cü ildən bu yana aparılan Minsk prosesinin inkar olunması deməkdir. Paşinyanın bu bəyanatına ilk reaksiyanı ATƏT-in Minsk Qrupunun həmsədrləri verməlidirlər. Çünki bu, bilavasitə onların səlahiyyətinə aiddir. Paşinyan belə yanaşma tərziylə dolayısı yolla Minsk prosesindən çıxdığını bəyan edib”.

Politoloq Paşinyanın son bəyanatının müharibə çağırışı kimi də qəbul edilə biləcəyini deyib:

"Bu, digər tərəfdən müharibə çağırışıdır. Ermənistanı burada mütləq ağır itkilərə məruz qoymaq lazımdır ki, Paşinyan və yaxud qeyrisi belə iddialı bəyanatlar verməkdən çəkinsin.

Əgər söhbət danışıqlar prosesinə son qoyulmasından və Ermənistanın Dağlıq Qarabağın birləşdirilməsi istiqamətində hüquqi addım atmasından gedəcəksə, o zaman danışıqlar prosesinin davam etdirilməsinə hər hansı ehtiyac qalmayacaq. Şübhəsiz, bu zaman hərbi əməliyyatların keçirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi labüd olacaq. Burada artıq bütün beynəlxalq konsvensiyalardan, regiondakı sabitliyin, təhlükəsizliyin qorunmasından irəli gələn bütün amillər yox olur və ortaya yalnız müharibə faktoru çıxır”. 
XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi