Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
7-08-2019, 10:26 Oxunub: 13

Aprel döyüşçüsü Ali Baş Komandana müraciət etdi - GİLEY

Aprel döyüşçüsü Ali Baş Komandana müraciət etdi - GİLEY
 
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI.
CƏNAB İLHAM ƏLİYEVƏ.

Qax rayon, Güllük kəndində yaşayan, 2-ci qrup hərbi əlil Osmanlı Altunay Sərvər oğlu tərəfindən. (070-537-89-23)


Ş i k a y y ə t ə r i z ə s i


Bildirmək istəyirəm ki, Müdafiə Nazirliyinin tərkibində 02 oktyabr 2010-cu ildən 01 aprel 2012-ci ilədək 191 saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşam, 07 mart 2014-cü ildən 27 oktyabr 2017-ci ilədək 006 saylı hərbi hissədə xidmət etmişəm.

2016-cı ilin aprel ayında Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda "Lələ-Təpə” istiqamətində döyüşlərdə iştirak edmişəm.

Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdən sonra səhətimdə ağrılar əmələ gəlməyə başladı, həmin vaxtdan etibarən mən uzun müddət müayinə və müalicələrdə oldum, belə ki, Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında 25.05.2017-ci il tarixdən 30.05.2017-ci il tarixədək müayinədə, 30.06.2017-ci il tarixdən 06.07.2017-ci il tarixədək müalicədə, 13.07.2017-ci il tarixdən 20.07.2017-ci il tarixədək müayinədə olmuşam, əlavə bir neçə dəfə xəstəxanalarda müalicə olunmuşam, axrıncı dəfə Qax rayon Mərkəzi Xəstəxanasında 25.09.2018-ci il tarixdən 16.10.2018-ci il tarixədək müalicədə, 24.04.2019-cu il tarixdən 17.05.2019-cu il tarixədək müalicədə olmuşam və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişəm.

17.10.2017-ci ildə ehtiyata buraxılmışam və uzun müddət müalicə və müayinələrdə olduğum üçün səhətimdə olan xəstəliklərlə bağlı 09.02.2018-ci ildə mənə 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilmişdir.

Qeyd etmək istəyirəm ki, bununla əlaqədar olaraq 09.02.2018-ci ildə mənə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya xidmətinə müraciət etmişəm və mənə 09.02.2018-ci il tarixdən 09.02.2023-cü ilədək 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edildi.

Nəzərinizə çatdırmaq istəyirəm ki, mənə əlillik təyin olunan gündən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən pensiya alırdım.

Lakin iyun 2019-cu ildə pensiya ödənilmədiyi üçün yenidən elektron sistemə baxış keçirən zaman mənə məlum oldu ki, əlilliyim əsassız olaraq ləğv edilmişdir.

Bu da hesab edirəm ki, Azərbaycan Respublikasının qanunlarına hörmətsizlikdir, qanunlarımızın aliliyinə ziddiyətli bir mövqedir, belə ki, 1-ci vətənim Azərbaycan Respublikasına hərbi xidməti zamanı səhətini itirən əlil xəstə insana qarşı haqsızlıqdır və ədalətsizlikdir, 2-ci isə "Sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 4.2-ci maddəsinə əsassən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir” qeyd etdiyim qanunun aliliyinə, tələblərinə və mənə qarşı ziddiyyətli bir mövqedir.

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən mənə əlilik təyin olunması üçün Forma 88 elektron sistemə daxil edilmiş və mənə 09.02.2023-cü ilədək 5 il müddətinə əlillik təyin edilmişdir.

Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alasınız, Azərbaycan Respublikasının qanunlarının aliliyinə hörmətlə yanaşasınız, Ali Baş Komandan cənab İlham Əliyevin biz hərbicilərə, xüsusəndə əlil hərbiçilərə qarşı həsas yanaşaraq qayğısından ibrət götürəsiniz və mənim 09.02.2018-ci il tarixdən 09.02.2023-cü ilədək 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlilliyimin elektron sistemdə bərpa edilməsinə köməkdarlıq edəsiniz.

Diqqətinizə görə Sizə öz minətdarlığımı bildirirəm.

İmza: Osmanlı Altunay Sərvər oğlu. 
XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi