Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
6-08-2019, 17:34 Oxunub: 19

Orduda fındıq sammiti: Azərbaycan, Türkiyə və Gürcüstan nazirləri qiymətdə anlaşır? - ƏRDOĞAN AÇIQLAMIŞDI...

Orduda fındıq sammiti: Azərbaycan, Türkiyə və Gürcüstan nazirləri qiymətdə anlaşır? - ƏRDOĞAN AÇIQLAMIŞDI...
 
Bu gün Türkiyənin Ordu şəhərində dünya bazarlarında fındığın topdansatış qiymətlərini razılaşdırmaq üçün üç ölkənin-Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə danışıqlar keçirilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nazirlər fındıq satış qiymətlərinə dair üçtərəfli bəyannamə imzalayıblar. 

Toplantıdan əvvəl Ordu vilayətində baş tutan məhsul bayramında iştirak edən B. Pakdəmirli fındığın satışının daha yaxşı təşkili və beynəlxalq bazarlara çıxarılması üçün çalışdıqlarını dilə gətirib. O, prezident Rəcəb Tayyib Ərdoğanın da dəstəyilə fındıq qiymətlərini açıqladıqlarını və məhsul toplanışının əsl bayrama çevrildiyini söyləyib: "Fındığın satışının daha yaxşı təşkili və beynəlxalq bazarlara çıxarılması üçün çoxdan çalışırıq. İstehsalçı ölkələrlə bir araya gələrək fındığın satışı, keyfiyyəti və istehsalını birlikdə planlaşdıracağıq. Azərbaycan və Gürcüstan ən çox fındıq istehsal edən ölkələrdir. Artıq işə başlamışıq, bu səylərimizin nəticəsi olaraq əməkdaşlıq sazişi imzalayacağıq”.

Nazir həmçinim qeyd edib ki, fındığın qiymətinin müəyyənləşməsində dövlət başçısı R. T. Ərdoğanın da böyük dəstəyi olub. Girəsunda istehsal olunan fındıq üçün bu məbləğ hər kiloqrama 17 lirə, digər yüksək kleyfiyyətli qabıqlı fındıq üçün isə hər kiloqrama 16,5 lirə müəyyənləşib. 

Qeyd edək ki, ötən ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanın fındıq istehsalçıları ilə anlaşmadan bəhs etmişdi. O, bildirmişdi ki, Türkiyə, Azərbaycan və Gürcüstan hazırda dünyanın fındıq istehsalının 80 faizini təmin edir. Bu üç ölkə arasında fındıqla bağlı əməkdaşlıq müzakirələri başladılıb. Bununla da, qarşıdakı müddətdə dünya bazarında fındığın dəyərinin ədalətli səviyyədə olmasını təmin etmək mümkün olacaq.

Son illərə qədər Türkiyədə dünya fındıq bazarının 70 faizə yaxınına nəzarət edirdi və nəticədə qiymətləri də diqtə edən tərəf idi. Lakin Azərbaycan və Gürcüstan da son illər fındıq istehsalını genişləndiriblər, nəticədə Türkiyənin bazar payı 50 faizdən aşağı düşüb. İndi bu səbəbdən Türkiyə Azərbaycanla və Gürcüstanla satış qiymətləri məsələsində anlaşaraq fındıq istehsalçılarının bazardakı mümkün aşağı qiymətlərdən zərər görməməsinə çalışır. 
XƏBƏR LENTİ
23:00 | Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb 22:45 | Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi 22:30 | Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı 22:15 | Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı 20:43 | Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI 17:41 | Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən etiraf 17:28 | "Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?" 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO 16:41 | Bakıda alkoqol aludəçisinin meyiti tapılıb 16:40 | “Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir 16:14 | Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı 16:00 | BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT 15:38 | Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə.... 15:04 | Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb 14:47 | Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür? 14:30 | Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq 14:14 | "Arzumuz, xəyallarımız baş tutmadı" — Rəşad Atakişiyevin həyat yoldaşından ÜRƏK PARÇALAYAN SÖZLƏR 13:55 | "SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ" adlı 1-ci filmin nümayişi təqdim olundu 13:26 | Orxanın təhsil haqqı ödənildi - FOTO 13:03 | Bu, ədəbsizlikdir - Bəhruz Quliyev 12:28 | Avtomobil bazarında son QİYMƏT