Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
6-08-2019, 17:11 Oxunub: 20

Nikahdankənar doğulan uşaqlarda SOYAD PROBLEMİ - Atalığın müəyyən olunması

Nikahdankənar doğulan uşaqlarda SOYAD PROBLEMİ - Atalığın müəyyən olunması
 

Azərbaycanda son illər nikahdankənar 300 minə yaxın uşaq doğulub.

Əvvəllər qeyri-rəsmi nikaha yanaşma çox sərt idi. Zaman keçdikcə bu sərtlik adi normal hal kimi qəbul edildi. Son illər nikahdankənar uşaqların sayının artması da  buna əyani sübutdur. Bu uşaqların ümumi statistikasında isə qızlarla müqayisədə oğlan uşaqlarının sayı daha çoxdur.  Nikahdankənar doğulan uşaqlarla bağlı maraq doğuran amillərdən biri soyad problemidir.

Qeyri-rəsmi nikahdan doğulan uşaqların soyad məsələsi necə həll olunur?

"Sağlam Toplum” İctimai Birliyinin sədri, jurnalist-sosioloq Lalə Mehralı Redaktor.az-a açıqlamasında bildirib ki, son illər  gənc qızların aldadılaraq evli kişilərdən uşaq dünyaya gətirməsi cəmiyyətimizdə ciddi problemlərdən birinə çevrilib:

"Nikahdankənar doğulanların əksəriyyəti evlənən, amma rəsmi nikaha düşməyən ailələrin uşaqlarıdır. Cəmiyyətimizin milli düşüncəsinə görə, toy edən şəxslər artıq evli sayılır. Əslində isə dövlət ailəni rəsmi nikaha daxil olandan sonra qəbul edir. Rəsmi nikah isə uşağın bağçaya və ya məktəbə gedəcəyi vaxt yada düşür. Belə ki, "metirka” dediyimiz sənədi almaq üçün tərəflər rəsmi nikaha girməyi lazım bilirlər. Lakin evlilikdən kənar doğulan uşaqların da sayı az deyil. İnsanlar rəsmi nikahın mahiyyətini dərk etsəydi, bu gün nikahdankənar doğulanların sayı 300 minə çatmazdı. Bəzi cütlüklər rəsmi nikahı adi kağız parçası hesab edirlər. Halbuki bu düşüncə çox yanlışdır. Rəsmi statistikaya daxil olaq üçün nikah çox vacibdir”.

Soyad məsələsi ilə bağlı vəkil Xəyal Bəşirov isə qeyd edib ki, doğum haqqında şəhadətnamədə soyada ata adı qismində uşağın anasının dediyi ad yazılır:

"Atalığın müəyyən edilməsi ilə bağlı gələcəkdə hər hansısa problem yaranarsa, ata kimi qələmə verilən şəxs iddia qaldıra bilər. Nəticədə atalığın müəyyən olunması ilə bağlı məhkəmə prosesi olur və DNT analizi verilir. Ümumilikdə uşağın bioloji atası olmayan şəxs uşağın atası qismində qələmə verilməyə razıdırsa, bu istək nəzərə alınır.

Nikahdankənar doğulan uşaqların hüquqlarının reallaşmasında müəyyən çətinliklər yaşanır

Qanunvericiliyə əsasən, qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabərdir. Yəni, qanunda rəsmi nikahdan doğulan uşaq üçün nəzərdə tutulan hüquqlar qeyri-rəsmi nikahdan doğulan uşağa da şamil olunur. Sadəcə təcrübədə bu hüquqların reallaşmasında müəyyən çətinliklərin yaşandığı müşahidə olunur. Çünki rəsmi nikahda ata və ana dəqiq bilinir və gələcəkdə uşağa qarşı hansısa qanun pozuntusu olarsa, qanun qarşısında məsuliyyət daşıyırlar. Qeyri-rəsmi nikahda isə atanın adı ananın razılığı ilə yazılır. Ona görə də həqiqətən də uşağın atası olmayan şəxsin adını yazdıra bilər”.  


XƏBƏR LENTİ
23:00 | Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb 22:45 | Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi 22:30 | Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı 22:15 | Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı 20:43 | Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI 17:41 | Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən etiraf 17:28 | "Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?" 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO 16:41 | Bakıda alkoqol aludəçisinin meyiti tapılıb 16:40 | “Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir 16:14 | Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı 16:00 | BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT 15:38 | Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə.... 15:04 | Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb 14:47 | Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür? 14:30 | Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq 14:14 | "Arzumuz, xəyallarımız baş tutmadı" — Rəşad Atakişiyevin həyat yoldaşından ÜRƏK PARÇALAYAN SÖZLƏR 13:55 | "SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ" adlı 1-ci filmin nümayişi təqdim olundu 13:26 | Orxanın təhsil haqqı ödənildi - FOTO 13:03 | Bu, ədəbsizlikdir - Bəhruz Quliyev 12:28 | Avtomobil bazarında son QİYMƏT