Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
6-08-2019, 17:02 Oxunub: 19

Azərbaycanlı milyarderə Rusiyada ŞOK ZƏRBƏ - GƏLİŞMƏ

Azərbaycanlı milyarderə Rusiyada ŞOK ZƏRBƏ - GƏLİŞMƏ
 
Bu gün xarici dövlətlərdə yaşayıb bizneslə, bəzən isə həmçinin siyasi fəaliyyətlə məşğul olan həmyerlilərimizin sayı kifayət qədərdir. Lakin təəssüflər olsun ki, onlardan heç də hamısının fəaliyyətinin ölkəmizə, xalqımıza başucalığı gətirdiyini söyləyə bilmirik. Son vaxtlar fəaliyyətinə dair daha çox neqativ rəylərin səsləndirildiyi belə şəxslərdən biri də "Konrad” Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovdur.
Rusiya mətbuatında yayımlanan məlumatlara görə «Деловой Петербург» ("İşgüzar Peterburq”) nəşrinin tərtib etdiyi "Milliarderlər siyahısı”nda Vaqif Məmişov 33 milyard rubl məbləğində dəyərləndirilən sərvətilə 29-cu mövqeydə qərarlaşmışdı. Məmişovun əsas aktivləri olaraq isə həmin vaxt Mexaniki zavod, «Петровский строитель» ("Petrovsk inşaatçısı”), "ЛК «Ликострой»” ("Likostroy” lizinq Kompaniyası) və «Автоарматура» ("Avtoarmatura” ASC) müəssisələri qeyd edilmişdi. Yeri gəlmişkən, həmyerlimizin adının hallandığı son illərin ən böyük qalmaqallarından biri də məhz "ЛК «Ликострой»”-un keçmiş Farforovskiy qəbirstanlığının ərazisində inşaat işləri aparmaq cəhdləri ilə bağlı olmuşdu.

Lakin ehtimal etmək olar ki, Vaqif Məmişovun bu gün üstü açılan "iqtisadi-siyasi maxinasiyaları” həmyerlimiz üçün daha təsirli nəticələrə gətirib çıxara bilər. Məsələ bundadır ki, Peterburqun qubernatoru vəzifəsini Qeorqiy Poltavçenkonun daşıdığı illərdə Vaqif Məmişov da milli məsələlər üzrə qubernatorun müşaviri kimi, Smolnıda (Sankt-Peterburq hökumətinin və qubernatorun iqamətgahının yerləşdiyi bina) böyük nüfuza və təsir gücünə malik idi. Bu təsirin gücü isə V.Məmişovun qubernatorun aparat rəhbəri David Adamiya ilə yaxın münasibətlərindən qaynaqlanırdı. Öz növbəsində Adamiya da Smolnının kadr məsələləri üzrə "boz kardinal”ı kimi tanınırdı. Vaqif Məmişov isə bu əlaqələrindən məharətlə yararlanaraq bir çox aparıcı postlara öz yaxın adamlarını, hətta qohumlarını təyin etdirə bilmişdi. Məsələn, bu yaxınlara qədər Millətlərarası münasibətlər və miqrasiya siyasətinin reallaşdırılması üzrə Komitənin sədri vəzifəsini tutan Oleq Maxno, Peterburqun inşaatda dövlət nəzarəti və ekspertiza Xidmətinin keçmiş rəhbəri Yevgeniy Kim birbaşa Vaqif Məmişovun himayədarlıq göstərdiyi insanlar kimi təqdim edilirlər. Gənclər siyasəti və ictimai təşkilatlarla qarşılıqlı əlaqələr Komitəsinin sədr müavini Nizami Məmişov isə Vaqif Məmişovun qardaşı oğludur. Diqqət etdinizsə, Oleq Maxno Yevgeniy Kimin vəzifə təqdimatları artıq keçmiş zaman formasında verildi. Səbəb isə budur ki, hər iki məmur artıq bir neçə aydır öz vəzifələrindən azad olunublar və onlara qarşı cinayət işi açılma ehtimalı var. Ən azından prokurorluq tərəfindən artıq bir neçə dəfə İstintaq Komitəsinə bu barədə təqdimat göndərilib.

Lakin bizə maraqlı olan məqamlar bütün bu işlərdə Vaqif Məmişovun iştirakı ilə bağlıdır. Belə ki, Peterburqun yeni qubernatoru (vəzifəni müvəqqəti icra edən) Aleksandr Beqlov bu vəzifəyə gələndən dərhal sonra birinci olaraq David Adamiya özü işdən çıxdı. Bundan sonra arxasız qalan Vaqif Məmişov da Smolnıda yerini itirmiş oldu.

Lakin Məmişovun səyləri nəticəsində yüksək dövlət vəzifələrinə təyin olunmuş kadrların dəqiq sayı hələ müəyyən edilməyib. Hesab olunur ki, hətta bəzi rayon administrasiya (icra hakimiyyəti) rəhbərləri də azərbaycanlı milyarderin "adamı” ola bilərlər. Buna misal kimi, hazırda barəsində vəzifəyə uyğunluğu ilə əlaqədar araşdırma aparılan, Moskva rayonu üzrə administrasiya rəhbərinin müavini Nikita Aleksandrovun adı hallandırılır.

Şəxsən Vaqif Məmişova gəlincə isə, Peterburqun hüquq-mühafizə orqanları tərəfindən onun himayəsində sayılan məmurlara qarşı külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi xüsusunda araşdırma və cinayət işinin açılması, son nəticədə həmyerlimizə də yaxşı heç nə vəd etmir. 
XƏBƏR LENTİ
23:00 | Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb 22:45 | Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi 22:30 | Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı 22:15 | Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı 20:43 | Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI 17:41 | Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən etiraf 17:28 | "Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?" 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO 16:41 | Bakıda alkoqol aludəçisinin meyiti tapılıb 16:40 | “Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir 16:14 | Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı 16:00 | BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT 15:38 | Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə.... 15:04 | Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb 14:47 | Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür? 14:30 | Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq 14:14 | "Arzumuz, xəyallarımız baş tutmadı" — Rəşad Atakişiyevin həyat yoldaşından ÜRƏK PARÇALAYAN SÖZLƏR 13:55 | "SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ" adlı 1-ci filmin nümayişi təqdim olundu 13:26 | Orxanın təhsil haqqı ödənildi - FOTO 13:03 | Bu, ədəbsizlikdir - Bəhruz Quliyev 12:28 | Avtomobil bazarında son QİYMƏT