Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
6-08-2019, 16:07 Oxunub: 22

Paşinyanı “oynadan” nədir?: Təxribatçı çıxışın sirri - TƏHLİL

Paşinyanı “oynadan” nədir?: Təxribatçı çıxışın sirri - TƏHLİL
 
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri zamanı yenidən sərsəm fikirlər səsləndirib. O, əvvəlcə söyləyib ki, Ermənistanda 1.5 milyon iş yeri yaradılmalıdır. Ardınca Ermənistanın ümumdaxili məhsulunun 15 dəfə artırmaqdan bəhs edib.
İşğalçı ölkənin baş naziri daha da irəli gedərək bildirib kİ, Ermənistan hətta futbol üzrə dünya çempionu olmalıdır. Eyforiyaya qapılan Paşinyan bir qədər də irəli gedərək iddia edib ki, guya "Qarabağ Ermənistandır”. Halbuki,o, bir gün öncə "Ermənistandan daha dövlət olmaz" kimi bəyanatla çıxış etmişdi. Bu dəfə Nikol daha sərsəm və daha gülünc çıxışı ilə gündəmə gəlməyi bacardı... 

Paşinyan nə istəyir və onu oynadan nədir? 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Azvision.az -a şərhində diqqətə çatdırıb ki, Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən bir-birini təkzib edən açıqlamalar verir. Bu gün də eyni halın davam etməsi onun ciddi siyasətçi olmadığını və reallıqdan uzaq olduğunu göstərir.

"Paşinyan Dağlıq Qarabağ ermənilərinin ATƏT-in Minsk Qrupu çərçivəsində davam edən görüşlərdə tərəf olmağını gündəliyə gətirdi, lakin beynəlxalq dəstək görmədi. İndi Xankəndində verdiyi bu açıqlamalar ilə beynəlxalq aləmə, xüsusən, Minsk Qrupuna göstərmək istəyir ki, ictimaiyyət bunu tələb edir və bu məsələdə mənim arxamdadır". 

C.Vəliyev deyib ki, dünənçi çıxış Paşinyanın məsələnin həllində ikinci mərhələdəki hədəfini ortaya qoyur: "Bildiyiniz kimi, Azərbaycan mərhələli həlli planını təklif edir. Yəni birinci mərhələdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı rayonlar azad edilsin və sonra Qarabağın statusu müəyyənləşsin. Lakin Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət ola bilməz və Azərbaycanın suverenliyinə qayıtmalıdır. Paşinyan "Qarabağ Ermənistandır" deyərək erməni ictimaiyyətinə mesaj verməyə çalışır ki, Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcək. Lakin bir daha Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini ortaya qoyur. Düşünürəm ki, bu açıqlama Azərbaycana imkan verir ki, Ermənistan üzərində təzyiqləri artırsın". 

Şöbə müdiri vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi Ermənistanın daxili və xarici siyasətinə təsir edən ən başlıca amildir: "Belə demək olar ki, Ermənistan müstəqillik əldə etdiyi tarixdən etibarən daxili və xarici siyasəti Dağlıq Qarabağ məsələsinin əsiri olub. Bu, əslində Ermənistanın bugünkü vəziyyətə düşməsi ilə nəticələnib. Daxildəki qruplar Qarabağ məsələsini radikallaşmış və millətçi kütlənin dəstəyini almaq və ya rəqibinə qarşı istifadə etmək üçün vasitə olaraq istifadə edir. Əslində Dağlıq Qarabağ məsələsinin həllinin qarşısında Ermənistan tərəfindən duran ən böyük maneələrdən biridir və erməni siyasətçilər bir tərəfdən erməni ictimaiyyətini Qarabağ məsələsində radikallaşdırır, digər tərəfdən Minsk Qrupu çərçivəsində davam edən görüşlərdə bunu bəhanə olaraq ortaya qoyur". 

C.Vəliyev qeyd edib ki, Dağlıq Qarabağ məsələsi Paşinyan üçün də daxili və xarici siyasətdə "ayaq bağı" olub: "Onun əleyhinə olan qüvvələr xaricdən aldıqları dəstəklə Paşinyana qarşı bunu istifadə edir. O da radikallaşmış və millətçi kütləni idarə etmək üçün belə açıqlamalar verir. Amma, nəticədə bilərəkdən və ya bilməyərəkdən onun əsirinə çevrilir. Bu isə erməni cəmiyyətində Dağlıq Qarabağ məsələsinin həllində gözləntiləri daha üst səviyyəyə çatdırır və məsələnin diplomatik yolla həllini çətinləşdirir. Paşinyan erməni ictimaiyyətini radikallaşdırmaq yerinə Dağlıq Qarabağın erməni klanının istifadə etdiyi ritorikanı dəyişdirərsə, həm özünə, həm də Ermənistana böyük yaxşılıq etmiş olar". 
XƏBƏR LENTİ
23:00 | Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb 22:45 | Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi 22:30 | Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı 22:15 | Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı 20:43 | Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI 17:41 | Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən etiraf 17:28 | "Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?" 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO 16:41 | Bakıda alkoqol aludəçisinin meyiti tapılıb 16:40 | “Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir 16:14 | Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı 16:00 | BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT 15:38 | Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə.... 15:04 | Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb 14:47 | Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür? 14:30 | Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq 14:14 | "Arzumuz, xəyallarımız baş tutmadı" — Rəşad Atakişiyevin həyat yoldaşından ÜRƏK PARÇALAYAN SÖZLƏR 13:55 | "SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ" adlı 1-ci filmin nümayişi təqdim olundu 13:26 | Orxanın təhsil haqqı ödənildi - FOTO 13:03 | Bu, ədəbsizlikdir - Bəhruz Quliyev 12:28 | Avtomobil bazarında son QİYMƏT