Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
5-08-2019, 10:00 Oxunub: 16

Günün qoroskopu: Danışıqlar və sövdələşmələrdə ehtiyatlı olun

 Günün qoroskopu: Danışıqlar və sövdələşmələrdə ehtiyatlı olun
 

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Heç də pis gün deyil. Hadisələrin nisbətən ləng axarından narahat olmayın, qıcıqlanmayın. Yaxın ətrafınızdakı insanları tələsdirməyin və olaylara süni təkan verməyin.
Yaşamın aram ritminə uyğunlaşın. Bu minvalla anlayacaqsınız ki, qüvvələrinizə qənaət edə bilirsiniz.
Səbrli, dözümlü olun, emosiyaların tələsinə düşməyin.
Çətin məsələlərin həlli və müzakirəsi üçün yaxşı gündür. Mühüm görüşü günorta saatlarında keçirin. Məhz bu zaman həmsöhbətlə asanlıqla dil tapa bilərsiniz.
Axşam saatlarında yaxşı istirahət edin.

Buğa - Yeni perspektivlər və cazibədar imkanların yarandığı gündür. Vədlər verən və nələrdənsə bəhs edən insanlara asanlıqla inanmayın.
İndi arxasınca getməyə hazır olduğunuz, inandığınız insandan əslində mümkün qədər uzaq durmalısınız.
Maliyyənizlə risk etməyin.
Səfərə yollanmaq fikrinə düşsəniz, ailə üzvlərinizi də unutmayın. Tənha iş və təkbaşına fəaliyyət üçün uğursuz gündür.
Axşam saatlarında şəxsi münasibətlərlə bağlı əhəmiyyətli qərar qəbul etməyin.

Əkizlər - Qarışıq, laübalı, mürəkkəb gündür. Hədsiz dərəcədə kəmhövsələ olmayın. Aqressiv davranmayın. Diqqətli, sayıq, həssas olun. Hövlnak qərarlar verməyin.
Soyuqqanlı olsanız, bədxahlarınız pərişan qala bilər.
Konstruktiv ideya hasil edərək onu gerçəkləşdirməyə çalışın. Ən maraqlı imkanlarla üzləşə bilərsiniz.
Uğurlu olun, işgüzar əlaqələr və şəxsi münasibətlər sahələrində qayda yaradın.
Günün ikinci yarısında alacağınız təklifi rədd etməyin.
Gəlir istisna deyil. Çəkinməyin, risk edin.

Xərçəng - Sakit gündür. Qüvvələrinizi toplayın, səylərinizi cəmləşdirin, yaşam arealı və işlərinizdə qayda yaradın.
Sizdən xaruqələr tələb olunmur. Məsuliyyətli və yaxın perspektivdə işlərinizə ciddi təsir edəcək qərarlar qəbul etməyin. Cari işlərin öhdəsindən gəlin, gələcək barədə düşünün. Gərəkli insanlarla görüş, istənilən formalı ilkin razılaşmaların əldə edilməsi üçün yaxşı gündür.
Alış-verişdə bədxərclik etməyin. Pullarla bu gün asanlıqla vidalaşsanız da, sonradan belə hərəkətlərinizə görə peşman ola bilərsiniz.
Səfər və ya səyahət planlaşdırıbsınızsa, təşkilati məsələlərin həlli üçün vaxta qənaət etməyin. Ləngimə və təxirəsalmalar sizi təbdən çıxarmasın.
Axşam saatlarında stressdən qurtulun.

Şir - Diqqətli olun. Kiçik və ilk baxışdan önəmsiz təsir bağışlayan məsələlərə diqqətlə yanaşın. Yalnız belədə yalan və səhvlərin qarışığını aydın görə bilərsiniz.
Sizə bəlli, hamının agah olduğu faktlar kimi təqdim olunan məsələlər əslində müəmmalı ünsürlər ola bilər. Bədxahların sizə qurduqları tələyə düşməmək üçün soyuqqanlı davranın.
Yaşlı, təcrübəli dost və qohumların biliklərindən istifadə edin. Bu minvalla öz səhvləriniz bahasına təcrübə qazanmaq məcburiyyətindən qurtula bilərsiniz.
Maliyyə itkiləri istisna deyil.
Planlaşdırılmamış alış-verişdən, şübhəli layihələrə sərmayə yatırmaqdan qurtulun.

Qız - Bu gün nüfuzlu şəxsdən dəstək almaq, ciddi uğura nail olmaq şanslarınız var.
Mövqelərinizi möhkəmləndirin. İrəliyə doğru hərəkətə mane olan daxili sədləri dəf edin.
Qətiyyət və enerjili davranış bir sıra problemlərin öhdəsindən gəlməyə yardım edə bilər. Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Lakin bu gün bütün işlərin asanlıqla alınacağını düşünməyin. Müqavimət və ya dəf olunmayacaq güclə qarşılaşmaq şansınız az deyil.
Günün ikinci yarısında diqqətli, sayıq olun. Xoşagəlməz hadisələri, proseslərin uğursuz axarını hiss edin.

Tərəzi - Əlverişli, uğur vəd edən gündür. Enerjili və aktiv olun. Belədə çox işlərin öhdəsindən gələ bilərsiniz. Ən müxtəlif məsələləri həll edin, qətiyyətli olun.
Çətinlik yaranarsa, köhnə dostlar və ya yaxşı tanışlardan birindən yardım istəyə bilərsiniz. Onlar yardımlarını əsirgəməyəcəklər.
İstənilən mürəkkəb işin çözülməsi üçün günün ikinci yarısı daha əlverişlidir.
Çətinliklər sizi qorxutmamalıdır.
Ünsiyyətdə qəfil problemlər yarana bilər. Həddən ziyadə sərt, aqressiv olmayın. Gərəkdiyindən artıq təzyiqə əl atmayın. Əks cins mənsubuna inana bilərsiniz.
Alış-veriş üçün uğurlu gündür. Tikintiyə, təmirə, köçə başlamaq olar.

Əqrəb - Rutin, yeknəsəq gündür. Darıxa bilərsiniz. Yeni perspektivlər və imkanlar yaranmasa da, ötənlərdə yol verdiyiniz səhvləri xatırlayaraq onları saf-çürük edin.
Yeni yanlışlıqlara yol verməmək üçün optimal davranış modelini seçin.
Lakin bu işlə çox məşğul olaraq vaxtınızı təhlilə sərf etməyin. Yeni təəssüratların yoxluğundan depressiyaya qapılmayın.
Yaxınlarınızla dil tapın, fikir ayrılıqlarını aradan qaldırın, mübahisələrə son qoyun.
Sevdiyiniz insana xoş sürpriz edin.
Axşam saatlarında romantik görüş ola bilər.

Oxatan - Gün yeni üfüqlər, yeni imkanlar vəd edir. Gərəkli və faydalı işlər görməyə çalışın. İntuisiyanız o qədər güclənəcək ki, ehtimallarınızın dəqiqliyinə təəccüblənəcəksiniz.
Ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın. Ezoterika, mistikaya marağınız arta bilər. Amma ifrata varmayın, təsadüflərə olduğundan artıq dəyər verməyin uğursuzluğu müxtəlif ehtimallarla izah etməyin.
Aktiv, enerjili, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli olun.
Planlarınızın asılı olduğu insanla münaqişəyə başlamayın.

Oğlaq - Sakit təhlil və uzunmüddətli planlaşdırma üçün əlverişli, pis olmayan zamandır. Dəqiqlik, səliqə, səbir tələb edən işlərlə məşğul olmaq mümkündür.
Yaradıcılıq məsələlərinin çözümündə böhran var.
Müstəqil düşünün, qeyri-standart qərarlar verin.
Başqalarına bənzəməyə çalışmayın.
Xeyli vaxtdan bu yana diqqətinizi və birbaşa müdaxilənizi tələb edən ailə problemini çözün.
Təşkilatçılıq bacarıqlarınızdan bəhrələnin. İştirakınız və maliyyə məsrəfləri olmadan həlli alınmayan işləri çözün.
Axşam saatları günün stressindən qurtulun.

Dolça - İşlə bağlı problemlərin öhdəsindən gələcəksiniz. Lakin ciddi və əhəmiyyətli uğur barədə düşünün.
Kiçik nəticələrlə kifayətlənsəniz, rəqib və bədxahlar daha böyük nailiyyətlər əldə edəcəklər.
Danışıqlar və sövdələşmələrdə ehtiyatlı olun. Sonradan yerinə yetirilməsi çətin vədlər verməyin.
Günün ilk yarısında yaşam potensialı yüksək olmasa da, saatlar keçdikcə durum normaya düşəcək.
Günün ikinci yarısında az qidalanın, tamahkarlıq etməyin.
Yarımçıq qalmış işləri tamamlayın. Məntiqi nəticə hasil edin.

Balıqlar - Günün əsas problemi davranışınızdır. Əvvəlcə addım atıb, sonra düşünməyin. Düşünülməmiş və planlaşdırılmamış əməlləriniz qəribə, ekstravaqant olmaqla yanaşı, çox pis fəsadlara səbəb ola bilər.
Nüfuzlu və güclü düşmən qazana bilərsiniz.
Sizə ən yaxın insanlarla münasibətlərdə də hər şey normal deyil. Yalnız istək və prioritetlərinizi düşünməyin. Ətrafınızdakı insanlar belə davranışdan inciyə bilərlər.
Ailədə problemlərin yaranmasının qarşısını almaq üçün mülayim, həssas olun. Qaba davranmayın.
Axşam saatlarında günün sonuclarını götür-qoy edin


XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi