Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
1-08-2019, 15:39 Oxunub: 44

Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video

 

 
 
Əvvəlki illərə nisbətən son dövrlər təhsil sahəsində bir sıra böyük nailiyyətlər əldə olunmuşdur. Buna misal olaraq qeyd etmək olar ki, cəmiyyətdə savadlı müəllim və müəllimələrin işə cəlb olunması üçün MİQ imtahanlarının şəffaf qaydada keçirilməsi böyük addımlardan hesab olunur. Məlumdur ki, savadlı cəmiyyətin olması üçün ilk növbədə təhsilin xüsusi rolu var. Məhz bu səbəbdəndə biz DogruXeber.az informasiya agentliyi olaraq, Təhsil Nazirliyinin bu cür təqdirə layiq keçirdiyi imtahan metodlarını dəstəkləyirik. 

Elə bu səbəbdəndir ki, rayonların ucqar kəndlərində yaşayan əhalinin təhsildən kənarda qalmaması cəmiyyətin savadlı olmasının bariz nümunəsidir. Bu gün sizlərin diqqətinə çatdıracağımız şəxs məhz ucqar kəndlərin birində müəllimə işləyən Zeynəb xanım barəsində olacaq. 1993-cü ildə Lənkəran şəhərində anadan olmuş və orta təhsilini yüksək qiymətlərlə başa vuraraq, 2014-cü ildə Lənkəran Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakültəsinə daxil olmuşdur. Hələ uşaqlıq vaxtlarından pedoqoji sahədən kənar olan peşələrə maraq göstərməsi və hətta pilot olmaq belə arzusunda olan Zeynəb xanım valideynlərinin istəyini ali tutaraq, müəlliməlik peşəsinə yiyələnmişdir. Universiteti bitirdikdən sonra MİQ imtahanlarında özünü sınayaraq, keçid balını toplamağa nail olmuş və beləliklə Quba rayonunun ucqar bölgəsi olan Cimi kəndinin tam orta məktəbində pedoqoji fəaliyyətə başlamışdır. 

Həmsöhbət olduğumuz Zeynəb xanımın fikirlərində başqalarına nisbətən fərqli olması bizim bir anlıq diqqətimizi cəlb etdi. Belə ki, Zeynəb xanımı başqalarından fərqləndirən xüsusiyyət odur ki, hər kəs mərkəz ərazilərdə çalışmaq istədiyi halda o, rayonun ucqar kəndində fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd etdi. Bu isə digər pedoqoqlarımıza nümunədir. Düşünürük ki, bu cür gənc pedoqoqların ucqar rayonlarda dərs fəaliyyəti ilə məşğul olması üçün Təhsil Nazirliyi tərəfindən hər hansı bir maddi şəraitin yaradılması təmin olsa bölgələrdə təhsil səviyyəsinin günü-gündən artması müşahidə olunar.

Bu baxımdan, müsahibimizin yaşam şəraiti ilə tanış olduğumuz vaxt, onun bəzi narazılıqlarının olduğunu hiss etdik. Məlumdur ki, Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün müəyyən konpensasiya ayrılmışdır. Bu isə müəllimlərin fəaliyyət göstərdikləri ərazidə yaşam səviyyəsinin qismən təmin olunması üçündür. Müsahibimizin bildirdiyinə görə, qış ayları onlar üçün çətin aylardan hesab olunur. Belə ki, kommunal xərclər soyuq aylarda yüksək məbləğə başa gəldiyi üçün verilən kompensasiya bir çox vaxtlarda kifayət etmir. Bu isə ucqar rayonlarda fəaliyyət göstərən pedoqoqların maddi baxımdan əziyyət çəkməsi ilə nəticələnir. Ümid edək ki, gələcəkdə Təhsil Nazirliyi tərəfindən ucqar bölgələrdə fəaliyyət göstərən pedoqoqlar üçün yataqxana tipli yaşayış mərkəzləri inşa edilər və pedoqoqların yaşam problemləri həll olunar.

DogruXeber.az
 
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video
Digər pedoqoqlardan fərqlənən müəllimə-Foto/Video


XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi