Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-07-2019, 13:45 Oxunub: 25

“Qarabağ”a meydan oxudu

“Qarabağ”a meydan oxudu
 

"Dundalk”ın müdafiəçisi Şon Hoar bu gün "Qarabağ”la keçirəcəkləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü ilə bağlı iddialı açıqlamalar verib.

Qol.az-ın xəbərinə görə, İrlandiya mətbuatına müsahibəsində 25 yaşlı oyunçu "Qarabağ”ı keçmək üçün baxımlı futbol sərgiləyəcəklərini və rəqibə istənilən mövqedə müqavimət göstərməyə hazır olacaqlarını vurğulayıb.

 

Ş.Hoar Ağdam klubunun ev oyunlarındakı gücündən xəbərdar olduqlarını və matça tam kökləndiklərini bildirib: "Məğlub olsaq belə, Avropa Liqasında oynamaq şanslarımızı saxlayırıq. Lakin biz mübarizəni məhz Çempionlar Liqasında davam etdirmək istəyirik. İstənilən hədəfə çatmaq üçün onu arzulamaq lazımdır. Əgər bunu etməsən, məqsədə nail olmaq qeyri-mümkündür”. 


"BİZİ KİÇİK İRLAND KLUBU SAYIRLAR, AMMA...” 

Mərkəz müdafiəçisi həmçinin onları "kiçik irland klubu” adlandıranlara da cavab verib: "Unudurlar ki, bir neçə il əvvəl "Dundalk” Çempionlar Liqasında üçüncü mərhələyə yüksəlib. Bu uğuru indi də təkrarlaya bilərik. Biz təcrübəli kollektivik və bunu etmək bizim üçün mümkündür. Bəziləri elə düşünür ki, biz bu turnirdə çıxış edən kiçik irland klubuyuq. Ancaq bunun belə olmadığını oyunumuzla sübut etmək istəyirik. Beləliklə özümüzə inanmalıyıq. Bakıya kiçik İrlandiya klubu kimi çıxış etməyə gəlməmişik”.

"QARABAĞ" TOPSUZ QALANDA ÖZÜNÜ İTİRİR"

Bununla yanaşı Hoar "Qarabağ”ın gücündən də danışıb: "Onların hər bir oyunçusu "Barselona” üslubunda oynamağı bacarır. Güclərinə bələdik. Amma "Qarabağ” kimi topla oynamağı sevən komandalar topsuz qalanda özlərini itirirlər. Rəqibin hücumunu yarımmüdaifədə qarşılayıb dəf etməyə çalışacağıq. Hər il Çempionlar Liqasında oynamaq üçün çox çalışmaq lazımdır. Avrokuboklar çərçivəsində irəliləmək istəyirik. Bu turnirə yay tətili, bir neçə ölkəyə səyahət etmək üçün gəlməmişik”.

Xatırladaq ki, "Qarabağ” - "Dundalk” matçı bu gün 21:00-da "Dalğa Arena”da keçiriləcək. Bu komandaların İrlandiyadakı ilk görüşü 1:1 hesabı ilə yekunlaşıb.


XƏBƏR LENTİ
23:00 | Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb 22:45 | Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi 22:30 | Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı 22:15 | Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı 20:43 | Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI 17:41 | Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən etiraf 17:28 | "Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?" 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO 16:41 | Bakıda alkoqol aludəçisinin meyiti tapılıb 16:40 | “Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir 16:14 | Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı 16:00 | BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT 15:38 | Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə.... 15:04 | Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb 14:47 | Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür? 14:30 | Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq 14:14 | "Arzumuz, xəyallarımız baş tutmadı" — Rəşad Atakişiyevin həyat yoldaşından ÜRƏK PARÇALAYAN SÖZLƏR 13:55 | "SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ" adlı 1-ci filmin nümayişi təqdim olundu 13:26 | Orxanın təhsil haqqı ödənildi - FOTO 13:03 | Bu, ədəbsizlikdir - Bəhruz Quliyev 12:28 | Avtomobil bazarında son QİYMƏT