Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-07-2019, 13:12 Oxunub: 24

"Müstəqil vətənin memarı” videofilminin təqdimat mərasimi keçirilib

"Müstəqil vətənin memarı” videofilminin təqdimat mərasimi keçirilib
 

İyulun 30-da Nizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilmiş "Müstəqil vətənin memarı” adlı videofilmin təqdimat mərasimi keçirildi.

Open.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin müəllifi olduğu ekran əsəri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirir.

Təqdimat mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin əhəmiyyətini vurğuladı. Nazir ulu öndər Heydər Əliyevin ölkəmizin taleyində və inkişafında böyük rolu və müstəsna xidmətləri haqqında danışdı.

Qeyd etdi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycan Respublikasında dövlət rəhbərliyinə gəlməsi tarixi hadisə idi. Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar ümummilli lideri və müstəqil dövlətçiliyinin rəmzidir: "Bu film ulu öndərin əziz xatirəsinə həsr olunub. Ötən 50 ilin parlaq və şanlı səhifələri ümummilli liderin mənalı və şərəfli ömür yolu ilə bağlıdır. Onun hakimiyyətə gəlişi ilə Azərbaycan tarixinin yeni dövrü başlandı. Heydər Əliyevin dövlətimizin tarixində tutduğu yer xüsusi məna kəsb edir. Zaman keçəcək, illər sonra tarixçilər, siyasətçilər onun hakimiyyəti dövrünə nəzər salmaqla nə qədər böyük şəxsiyyət olduğunu bir daha görəcəklər. Çünki uzaqdan hər şey daha yaxşı müşahidə olunur. Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu iz, gördüyü işlər danılmazdır. Onun müdrik siyasəti ölkə həyatının bütün sahələrinin inkişafına təsir edib. Bu gün ulu öndərin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin həyata keçirdiyi siyasət tərəqqi, inkişaf siyasətidir”.

Filmlə bağlı fikirlərini bölüşən nazir onun Milli Kino Günü ərəfəsində təqdim olunmasını əlamətdar hadisə kimi dəyərləndirdi, ekran işinin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür etdi.

Sonra "Müstəqil vətənin memarı” videofilmi nümayiş olundu.

"Müstəqil vətənin memarı” videofilminin təqdimat mərasimi keçirilib
"Müstəqil vətənin memarı” videofilminin təqdimat mərasimi keçirilib
"Müstəqil vətənin memarı” videofilminin təqdimat mərasimi keçirilib
"Müstəqil vətənin memarı” videofilminin təqdimat mərasimi keçirilib
XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi