Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
22-07-2019, 21:40 Oxunub: 22

Dişlərin sonunu gətirən gizli XƏSTƏLİK - Səbəbləri, müalicəsi

Dişlərin sonunu gətirən gizli XƏSTƏLİK - Səbəbləri, müalicəsi
 
 

Parodontoz 50% insanın rastlaşdığı, ağrı və ciddi simptomları olmayan, sanki qəfil başlayan, qanlı və dişlərin düşməni olan bir xəstəlikdir.

Xeberekspress.az yenicag.az-a istinadən bildirir ki, bir çox insanlar artıq dişlər laxlayıb düşənə yaxın xəbər tutur.

İllər öncə başlayan, bir çox ağırlaşmaları olan, gizli gedən sistem xəstəliyi olan parodontoz nədir, necə başlayır, əlamətləri hansılardır?

Tibbdə parodontoz parodontun toxumasının distrofik sistem xəstəliyidir.

Parodont nədir: alveor çıxıntı, çənənin sümük toxuması, dişləri əhatə edən yumşaq toxuma.

Parodontozu parodonditdən fərqləndirən əlamət iltihabi əlamətin olmamasıdır.

Qeyd edək ki, parodondit və parodontoz fərqli xəstəliklərdir, hansı ki, adı və əlamətləri ilə həkimləri belə çaşdırır.

Diaqnoz üçün:

Stomatoloq həkim vizual müayinə edir, dişlərin hərəkətliliyini yoxlayır, ortopantoqramma çəkir, damaqda mikrosirkulyasiyanı qiymətləndirir, zondlama aparır. Müalicəni stomatoloq, endokrinoloq, üz-çənə cərrahı və digər həkimlər apara bilər. Çünki bu xəstəliyin səbəbləri təkcə dişlə bağlı olmaya da bilir.

Bu əlamətlərə diqqət:

-Sümük toxumasında, damaqda dəyişiklik - bu rentgendə aydın görünür

-Damağın aşağı düşməsi

-Diş dibinin üzə çıxması

-Damaq diş dibində ağarır

 

-Dişdə karies yoxdur amma zədələnir

-Dişlərin həssaslığı artır

-Diş kökü çılpaqlaşır

Xəstəliyin səbəbləri hələ ki, dəqiq deyil. Bir çoxları bildirir ki, bu irsi xəstəlikdir, qan dövranı pozulması, ateroskleroz, diabet, endokrin xəstəliklər, həzm problemi, sümüklərdə ərimə-osteoporoz dişlərə də təsir edir.

Müalicəsi

Heç bir qarqara, maz, xaricdən müdaxilə xəstəliyə təsir etmir, çünki bu sistem xəstəliyidir. Tam mülaicəsi mümkün deyil, yalnız ağırlaşmış fəsadlarının qarşısı alına bilər.

Kompleks müalicəyə diş daşının təmizlənməsi,ağız boşluğunun sanasiyası, çürük dişlərin müalicəsi, plombların yoxlanması, dişarası kontaktların normallaşdırılması, protezlənmə, iplant diş, dərman müalicəsi, qan dövranı artıran prosedurlar, damaq ətinin müalicəsi daxildir.

Parodontozda fizioterapiya: barokamera, elektrofarez, masaj, Ultrasəslə terapiya və s.

Parodontozun qarşısı vaxtında alınmasa dişlərin itirilməsinə, çənə sümüyünün dağılmasına, həzm sisteminin pozulmasına gətirib çıxarır.

Ağır mərhələdə sümüklərin iltihabı - osteomielit başlaya bilər ki, bu da xəstənin həyatı üçün ciddi təhlükədir.


XƏBƏR LENTİ
23:00 | Azərbaycan yeni risklə ÜZ-ÜZƏ - Ərazilərimizi işğaldan AZAD EDƏ BİLƏRİK 22:20 | Vilayət Eyvazov yeni polis rəisi təyin etdi 22:00 | Azərbaycan nefti bahalaşıb 21:40 | “MiQ-29” “qəza”sında Rusiya izi: Hərbi təyyarəmiz “şimal”dan lazer silahı ilə vurulub? 21:20 | “Zirə”nin futbolçuları Malavi və Botsvana millisinə çağırılıb 19:56 | Bakıda 27 yaşlı qız itkin düşüb 18:00 | VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ — Bu yerlərdə saxta məktəbli formaları satılır 17:45 | Bakıdan avtobusla Naxçıvana gedənlərə - ŞAD XƏBƏR 17:30 | Nazir axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirdi 17:15 | Ali məktəblərə və kolleclərə əlavə qəbulun nəticələri ELAN OLUNDU 16:36 | “Cəhənnəm sakinləri” yenidən səhnədə... 16:22 | Sardiniyada qum oğurlayan turistlər həbs oluna bilər 16:09 | Prezident futbol klubu sahibindən maliyyə dilənir: Hələ belə şey olmamışdı... 15:57 | Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək 15:42 | “Azərbaycan diversantları o vaxt bizim bir postumuzu ələ keçirdi...” - KƏŞFİYYAT RƏİSİ OLMUŞ GENERAL KARAPETYAN 15:13 | Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 14:55 | Qobuda silahlı insident – Tapança ilə 2 dəfə atəş açdı 14:42 | Hirkan Milli Parkında yanğın 14:21 | Sumqayıtda 7,5 milyon manata iki bina tikiləcək - MİDA 14:04 | Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz! 13:27 | Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 13:13 | Generalın bacısı oğluna vəzifə verildi — FOTO