Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
19-07-2019, 15:44 Oxunub: 53

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib - YENİLƏNİB
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib və Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Xalqlarımız arasında münasibətlərə toxunan Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayının daim artmasını bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib.

Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaani, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırıb. Qonaq vurğulayıb ki, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmini ifadə edib. Vəlid bin Məhəmməd Əl-Səmaani paytaxtımızda gördüyü inkişaf proseslərinin dərin təəssürat yaratdığını qeyd edib. O, Bakıda azərbaycanlı həmkarları ilə görüşlərin uğurla keçdiyini, Azərbaycanın ədliyyə sistemi sahəsində əldə olunan yeniliklərin maraq doğurduğunu deyib.

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş edib.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaanini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.


XƏBƏR LENTİ
15:26 | İmkanlı şəxslərə müraciyyət 15:11 | İlham Əliyev Xələf Xələfovu təltif etdi 15:10 | Təcili olaraq işlənmiş video kolposkop alıram 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:02 | "Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..." 14:58 | Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar... 14:54 | Prezident icra başçısını ordenlə təltif etdi 14:47 | Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. 11:51 | “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL 11:36 | Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər 11:17 | Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL 11:04 | Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş 10:51 | Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB 23:00 | Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT 22:30 | “İradə ilə Nuranın kaprizi insanı sənətindən küsdürür” 22:00 | Dolların sentyabrın 23-nə olan məzənnəsi açıqlanıb 21:40 | Bakıda polis əməkdaşını avtomobil vurub 21:20 | Vladimir Putin Qırğızıstan Prezidenti ilə görüşüb 21:06 | 200 milyon insanın həyatı TƏHLÜKƏDƏDİR - XƏBƏRDARLIQ 17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu