Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
19-07-2019, 15:38 Oxunub: 41

Xətai rayonunda zibil qabları problemi aradan qalxacaqmı? - ŞİKAYƏT/FOTOLAR

Xətai rayonunda zibil qabları problemi aradan qalxacaqmı? - ŞİKAYƏT/FOTOLAR
 
Xətai rayonu Rəşid Bağırov küçəsinin sakinləri əraizdə zibil qablarının azlığından şikayət edirlər.

Anews.az sayına müraciət edən şikayətçi Sara Qəhrımanlı deyir ki, əvvəllər həmin ərazidə zibil qabları olsa da, sonradan  çoxlu sayda  evlər tikildi, hasarlar çəkildi və zibil qabları yox olmağa başladı.

Onun sözlərinə görə, həmin küçədə sadəcə 2 zibil qabı var idi ki, onlar da vaxtında boşaldılmırdı deyə, küçəni üfunət iyi bürümüşdü və sakinlər məcburiyyətdən həmin zibil qablarını küçədən götürüb, 500-600 metr kənara yerləşdirmişdilər. 

"Mən ərazi üzrə 66 saylı mənzil istismar sahəsinə getdim və ordan mənə bidirdilər ki, sözü gedən küçə onların balansında deyil və 101 saylı mənzil kommunal istismar idarəsinə getməyi məsləhət gördülər. 101 saylı mənzil kommunal istismar idarəsinə də getdim. Oranın rəisi İsmayil Ələkbərov dedi ki, zibil qablarını ərazidən götürən şəxslər böyük adamlardı və o, onlara heç nə deyə bilmir. Dedi ki, evınizdə kişi yoxdur? Yığışıb etiraz etsinlər və qaytarıb geri qoysunlar”, - deyə şikayətçi Sara Qəhrəmanlı bildirib. 

Məsələ ilə bağlı Xətai rayonu 101 saylı Mənzil Kommunal İstismar İdarəsinin rəisi İsmayil Ələkbərov dedi ki, sakinlərin iradları haqlıdır.

Onun sözlərinə görə, həqiqətən də Xətai rayonu Rəşid Bağırov küçəsində zibil qablarının azlığı ilə bağlı problem var. 

"İradlar haqlıdır. Rəşid Bağırov küçəsində məsələ bir az qarışıqdır. Küçənin bir hissəsi bizim balansımızdadır, digər bir hissəsi 66 saylı Mənzil Kommunal İsrismar İdarəsinin. Bizim balansımızda olan ərazidə zibil qabları var və heç bir şikayət yoxdur, lakin 66 saylı Mənzil Kommunal İstismar İdarəsinin ərazisində zibil qabları olmadığı üçün, oranın da sakinləri bizim ərazidəki zibil qablarından istifadə etməli olurlar. Lakin insanlarla məsələ danışılıb və onlara bildirilib ki, yeni zibil qabları paylanılır və şəhərin bir çox hissələrində rəngli zibil qabları yerləşdirilir, Rəşid Bağırov küçəsində də yaxın günlərdə yerləşdiriləcək”, - deyə 101 saylı Mənzil Kommunal İstismar İdarəsinin rəisi İsmayil Ələkbərov bildirib.

66 saylı Mənzil Komunal İsrismar İdarəsinin rəisi Telman İsrafilov da problemin olduğunu bildirsə də, ancaq problemlərin həm də elə sakinlərin özlərindən qaynaqlandığını deyib. 

Onun sözlərinə görə, sözügedən küçəni tam təmin etmək üçün zibil qablarının sayında çatıışmazlıq var, lakin ölkə ərazisinə yeni və rəngli zibil qabları paylanılır və bu zibil qabları bir müddətdən sonra Rəşid Bağırov küçəsinə də yeləşdiriləcək. 

"Hələlik biz yeni, rəngli zibil qablarının dəyişdirildiyi ərazilərdən əvvəlki dəmir zibil qabların götürüb daxili küçələrə yerləşdiririk. Bilirsiniz, problem həm də insanlardan qaynaqlanır. Evllərini təmir etdirirlər, artıq tikinti ləvazimatların gecə ikən maşına doldurub o zibil qabına doldururlar. Anlamırlar ki, bu zibil qabları ancaq məişət tullantıları üçün nəzərdə tutulub. Və ya evdə zibili verirlər uşağa, uşaq zibili zibil qabına atmaq əvəzinə küçəyə atır. Sırf bu məsələ ətrafında əhali arasında ciddi maarifləndirmə aparılmalıdır. Yoxsa, bu problem heç vaxt aradan qalxmayacaq”, - deyə 66 saylı Mənzil Komunal İstismar İdarəsinin rəisi Telman İsrafilov bildirib. 

Məsələ ilə bağlı Xətai Rayonu İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Icra hakimiyyətindən bildirildi ki, onlara bununla bağlı şikayət daxil olmayıb, lakin ən qısa müddətdə əraziyə baxış keçiriləcək və problem mütləq aradan qaldırılacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirdi ki, məsələdən məlumatlıdırlar və nazirlik əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, zibil qabları yerinə qoyulub. Məsələ onların da nəzarətindədir.

Anews.az olaraq məsələni diqqətdə saxlayacağıq. 






XƏBƏR LENTİ
15:26 | İmkanlı şəxslərə müraciyyət 15:11 | İlham Əliyev Xələf Xələfovu təltif etdi 15:10 | Təcili olaraq işlənmiş video kolposkop alıram 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:02 | "Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..." 14:58 | Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar... 14:54 | Prezident icra başçısını ordenlə təltif etdi 14:47 | Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. 11:51 | “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL 11:36 | Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər 11:17 | Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL 11:04 | Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş 10:51 | Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB 23:00 | Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT 22:30 | “İradə ilə Nuranın kaprizi insanı sənətindən küsdürür” 22:00 | Dolların sentyabrın 23-nə olan məzənnəsi açıqlanıb 21:40 | Bakıda polis əməkdaşını avtomobil vurub 21:20 | Vladimir Putin Qırğızıstan Prezidenti ilə görüşüb 21:06 | 200 milyon insanın həyatı TƏHLÜKƏDƏDİR - XƏBƏRDARLIQ 17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu