Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
15-07-2019, 10:40 Oxunub: 1 153

Türkiyədə dövlət çevrilişinə cəhddən 3 il ötür:

 Türkiyədə dövlət çevrilişinə cəhddən 3 il ötür:
 
Bakı, 15 iyul, XeberEkspress, Ruhiyyə Eldarqızı. Türkiyədə 2016-cı il 15 iyul tarixində baş vermiş dövlət çevrilişi cəhdindən üç il ötür.

XeberEkspress.az-ın xəbərinə görə, çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi.

Özünü "Yurdda Sülh Konseyi" adlandıran bir qrup Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ keçirdiyini, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq olunduğunu elan etdi.

Əvvəlcə paytaxt Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda "Atatürk" hava limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar, Quru qüvvələri komandanı Salih Zeki Çolak, Hava qüvvələri komandanı Abidin Ünal ve Jandarm qüvvələri komandanı Qalip Mendi, eləcə də prezidentin baş katibi əsir götürüldü. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.

Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da "Doğan Media Mərkəzi" ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.

Muğla vilayətinin Marmaris rayonunda hoteldə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdi oldu.

Bütün bu olanlardan sonra Ərdoğan "CNN türk” kanalında "Face Time” vasitəsilə canlı yayıma çıxdı. O, çevrilişə qarşı çıxmaq üçün xalqı küçələrə, meydanlara çıxmağa səslədi. Bu çağırışdan sonra bir çox vilayətdə çevrilişə qarşı nümayişlər keçirildi.

Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs həlak oldu, 1491 nəfər yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı.

İyulun 21-də Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısından sonra ölkə Böyük Millət Məclisi tərəfindən konstitusiyanın 120-ci maddəsinə əsaslanaraq, üçaylıq fövqəladə vəziyyət elan edildi.

Bu, Türkiyə siyasi tarixində 12 sentyabr 1980-ci il hərbi çevriliş cəhdindən 36 il sonra həyata keçirilən ilk hərbi çevriliş cəhdi olaraq tarixə düşdü.
Türkiyədə dövlət çevrilişinə cəhddən 3 il ötür:
Türkiyədə dövlət çevrilişinə cəhddən 3 il ötür:
Türkiyədə dövlət çevrilişinə cəhddən 3 il ötür:
Türkiyədə dövlət çevrilişinə cəhddən 3 il ötür:
Türkiyədə dövlət çevrilişinə cəhddən 3 il ötür:
Türkiyədə dövlət çevrilişinə cəhddən 3 il ötür:
Türkiyədə dövlət çevrilişinə cəhddən 3 il ötür:
Türkiyədə dövlət çevrilişinə cəhddən 3 il ötür:
Türkiyədə dövlət çevrilişinə cəhddən 3 il ötür:
XƏBƏR LENTİ
23:00 | Azərbaycan yeni risklə ÜZ-ÜZƏ - Ərazilərimizi işğaldan AZAD EDƏ BİLƏRİK 22:20 | Vilayət Eyvazov yeni polis rəisi təyin etdi 22:00 | Azərbaycan nefti bahalaşıb 21:40 | “MiQ-29” “qəza”sında Rusiya izi: Hərbi təyyarəmiz “şimal”dan lazer silahı ilə vurulub? 21:20 | “Zirə”nin futbolçuları Malavi və Botsvana millisinə çağırılıb 19:56 | Bakıda 27 yaşlı qız itkin düşüb 18:00 | VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ — Bu yerlərdə saxta məktəbli formaları satılır 17:45 | Bakıdan avtobusla Naxçıvana gedənlərə - ŞAD XƏBƏR 17:30 | Nazir axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirdi 17:15 | Ali məktəblərə və kolleclərə əlavə qəbulun nəticələri ELAN OLUNDU 16:36 | “Cəhənnəm sakinləri” yenidən səhnədə... 16:22 | Sardiniyada qum oğurlayan turistlər həbs oluna bilər 16:09 | Prezident futbol klubu sahibindən maliyyə dilənir: Hələ belə şey olmamışdı... 15:57 | Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək 15:42 | “Azərbaycan diversantları o vaxt bizim bir postumuzu ələ keçirdi...” - KƏŞFİYYAT RƏİSİ OLMUŞ GENERAL KARAPETYAN 15:13 | Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 14:55 | Qobuda silahlı insident – Tapança ilə 2 dəfə atəş açdı 14:42 | Hirkan Milli Parkında yanğın 14:21 | Sumqayıtda 7,5 milyon manata iki bina tikiləcək - MİDA 14:04 | Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz! 13:27 | Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 13:13 | Generalın bacısı oğluna vəzifə verildi — FOTO