Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
13-07-2019, 13:40 Oxunub: 16

Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb

 Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb

Azərbaycan millisi İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında medallarının sayını 5-ə çatdırıb.
Redaktor.az APA-ya istinadən bildirir ki, yığmamızın aktivinə növbəti mükafatı taekvondoçumuz Patimat Abakarova yazdırıb. 

53 kq çəki dərəcəsində idmançımız bürünc medala sahib olub. O, Çin, Rusiya və Almaniya taekvondoçularına qalib gələrək, yarımfinala vəsiqəni təmin edib. Olimpiya mükafatçımız finala gedən yolda cənubi koreyalı idmançı ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. 

Bununla da, taekvondoçularımız Universiadadakı çıxışını başa vurublar. 

Qeyd edək ki, P. Abakarovadan öncə atlet Nazim Babayev, idman gimnastı Marina Nekrasova qızıl, cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə Azərbaycan millisi bürünc medal qazanıb.