Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
13-07-2019, 12:40 Oxunub: 13

Qarabağ atlarının Avropaya ixracı planlaşdırılır

 Qarabağ atlarının Avropaya ixracı planlaşdırılır
 

Qarabağ atçılıq kompleksi ildə 25-dək at ixrac etməyi planlaşdırır.

Redaktor.az bu barədə "Qarabağ atçılıq zavodu” MMC-yə istinadən məlumat verir.

Əsas idxalatçılar Almaniya, Fransa və Böyük Britaniya kimi Qərbi Avropa ölkələri olacaq.

Müəssisənin direktoru Maarif Hüseynov bildirib ki, hazırda müəssisədə 245 baş Qarabağ atı var.

O əlavə edib ki, Qarabağ atlarının sayının artması təbii xarakter daşıyır və illik 50 baş təşkil edir. Hazırda Qarabağ atları ixrac olunmur.

Qeyd edək ki, Qarabağ atçılıq kompleksi 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq kəndində fəaliyyət göstərir.