Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
13-07-2019, 11:40 Oxunub: 10

Güclü külək Bakıda fəsad törədib

Güclü külək Bakıda fəsad törədib
 
Bir neçə gün öncədən proqnozlaşdırılan güclü külək Bakıda fəsad törədib.

Modern.az  xəbər verir ki, güclü külək paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində ağacı qıraraq aşırıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, güclü küləklə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə xəbərdarlıq edib. Sürücülərə avtomobillərini hündür və irigövdəli ağacların altında park etməmələri, ağacların altından keçərkən diqqətli olmaları tövsiyə edilir.

Vətəndaşlardan xahiş olunur ki, aşan və ya qəzalı vəziyyətdə olan ağaclarla bağlı (+994 12) 570 73 30 nömrəli qaynar xəttə zəng edərək məlumat versinlər.