Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
13-07-2019, 11:00 Oxunub: 10

"Google"dan ETİRAF: İstifadəçilər dinlənilir

 "Google"dan ETİRAF: İstifadəçilər dinlənilir
 

"Google" etiraf edib ki, öz mütəxəssisləri istifadəçilərin şirkətin qurğularında səs köməkçisinə verdikləri əmrləri dinləyirlər.

"RİA Novosti" xəbər verir ki, bu barədə "Google" korporasiyasının bəyanatında deyilir.

 

Bildirilir ki, "Google" istifadəçilər və "Google Assistant" servisi arasında danışıqların bir qismini bütün dünyadakı ekspertlərlə bölüşür.

Araşdırmaya cəlb edilmiş mütəxəssislərdən biri məxfi səs məlumatlarını sızdırdığına görə şirkət xüsusi bəyanat verməyə məcbur olub.

"Google" bununla əlaqədar araşdırma aparacağına və zəruri tədbirlər görəcəyinə dair vəd verib.