Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
12-07-2019, 17:10 Oxunub: 18

Azərbaycanda millət vəkili qəzaya düşdü — AÇIQLAMA - FOTO

Azərbaycanda millət vəkili qəzaya düşdü — AÇIQLAMA - FOTO
 
Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov avtomobil qəzasına düşüb.
"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, qəza bir neçə gün öncə Nəsimi rayonu ərazisində, keçmiş "Muğan" mehmanxanasının yerləşdiyi küçədə (Azadlıq və Vaqif prospektlərinin kəsişməsi) baş verib. Bildirilir ki, deputatın avtomobilinə ciddi ziyan dəyib, özü xəsarət almayıb. Hadisə zamanı sükan arxasında Məmmədhəsənovun sürücüsü olub. O, əlindən yüngül xəsarət alıb. 

Qeyd edilir ki, digər avtomobilin sürücüsü deputatın avtomobilini təmir etdirir. 
Əməkdaşımız məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayıb. O, xəbəri nə təsdiq, nə də təkzib edib: "Yaxşıyam, hər şey qaydasındadır".