Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
12-07-2019, 11:06 Oxunub: 12

Bakıda uşaqların çox sevdiyi məşhur konfetin içindən iynə çıxdı - FOTO

Bakıda uşaqların çox sevdiyi məşhur konfetin içindən iynə çıxdı - FOTO
Bakıda məşhur konfet firmalarının birinin istehsalı olan məhsulun içindən iynəyə bənzər dəmir parçası çıxıb.
 
Xeberekspress.az-ın məlumatına görə, Kamran Əli adlı Bakı sakininin sosial şəbəkədə paylaşdığı fotodan və yazdığı qeyddən aydın olur ki, "Elvan" şirkətinin istehsalı olan "Toffix" konfetinin içərisindən ölümcül nəticələrə səbəb ola biləcək dəmir parçası çıxıb.
 
Şikayətçi bildirir ki, iynədən incə dəmir parçasını son anda boğazından çıxarıb.
 
Kamran Əlinin paylaşımının altında şərh yazan başqa şəxslər də bu konfeti ən çox uşaqların istifadə etdiyini və ortaya çıxan bu skandal məsuliyyətsizin ölümcül nəticələrə səbəb ola biləcəyini, bu məhsulları uşaqlarına verməyəcəklərini yazırlar. (bakupost)