Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
11-07-2019, 23:00 Oxunub: 26

Sabahın hava proqnozu açıqlanıb

 Sabahın hava proqnozu açıqlanıb
 
İyulun 12-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə
əvəz olunacaq, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə
sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 12-də hava əsasən yağmursuz keçəcək, lakin gün ərzində bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. 

Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.