Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
11-07-2019, 18:21 Oxunub: 14

AvroLiqa sınağı - İdman şərhçiləri “Neftçi” və “Səbail”dən qələbə gözləyir

AvroLiqa sınağı - İdman şərhçiləri “Neftçi” və “Səbail”dən qələbə gözləyir
 
 

Bu gün  Azərbaycanın  iki  komandası  UEFA Avropa  Liqasında  mübarizəyə  başlayacaq.

 

Modern .az –ın məlumatına  görə, I təsnifat  mərhələsinin  ilk  görüşündə "Neftçi" və "Səbail" komandaları iki qonşu ölkə - Moldova və Rumıniyanın təmsilçiləri ilə üz-üzə gələcək. Flaqmanı qəbul edəcək "Sperantsa" və "Universitatya"nın Bakıda qonaq olacağı "Səbail" avrokubokların debütantlarıdır.

 

Qol.az saytının baş redaktoru Aydın Bağırov oyunla bağlı Modern.az-a bunları bildirib.

"Xatırladım ki, Azərbaycan 1994-cü ildən Avro Liqada yarışlar keçirir.  Bugünkü oyun da standart oyunlardan hesab olunur. Hər bir klub Avro Liqada iştirak etməklə özünə təcrübə qazanmış olur. Təcrübə qazanmalarına baxmayaraq, bizim klublar Avropa kuboklarında uğur qazana bilmir. Son illər davamlı olaraq  Qarabağ, iki dəfə  Qəbələ, bir dəfə də  Neftçi qrupda oynayıb.

 

Aydın Bağırov bugünkü oyunda "Neftçi”ni favorit hesab edir.

 "Mustevar və Dabo zədə aldıqları üçün oyunu sadəcə izləyə biləcəklər. Əsas oyunçuların iştirak etməməsi yəqin ki, oyunun gedişatına da müəyyən təsirini göstərəcək. Səbail komandası da ilk dəfədir  Avro liqada oynayacaq.  Neftçi ilə müqayisədə o qədər də təcrübəli deyillər. Hər halda uduzsalar belə  faciə hesab olunmaz. Əksinə onlara bir sınaq olar ki, növbəti oyunlarda daha da yaxşı oyun nümayiş etdirə bilsinlər”.

 

CBC Sportun şərhçisi Gündüz Abbaszadə Modern.az saytına danışarkən qəqibi ilə müqayisədə Neftçini daha şanslı hesab etdiyi söyləyib.

"Komandaların uğurlu oyun nümayiş etdirəcəyini əvvəlcədən bilmək olmur.  Həm Neftçi, həm də Səbail bizim üçün sirlidir. Ona görə ki, hər iki komandaya yeni transferlər olub. Oyunçuların komandaya uyğunlaşa bilib - bilməmələrini oyunun gedişatında hiss etmək olacaq”.

 

Gündüz Abbaszadə "Neftçi”nin də, "Səbail”in də mərhələ keçəcəyinə inamını ifadə edib.

"İstənilən məqamda Neftçi bu mərhələni keçə bilməsə bu bağışlanmaz bir haldır. Nədənsə düşünürəm ki, Neftçi bu mərhələni keçəcək. Səbail komandası haqqında onu deyə bilərəm ki , ən çətin rəqib onun püşkünə düşüb. Avro kuboklarda ilk dəfə  çıxış edəcək. Reytinqi digər komandalarla nisbətdə aşağıdır. Ancaq Səbail komandası bizlərə surpriz də edə bilər. Mütləqdir ki, öz reytinqi üçün uğurlu nəticə əldə etsin. Səbirsizliklə bu matçları gözləyirəm.  Ümid edirəm ki, hər 3 komandamız növbəti mərhələyə vəsiqə  qazanacaq. Qarabağı da bura aid edirəm”.

XƏBƏR LENTİ
23:00 | I Avropa Oyunlarının iştirakçısı öldü 22:40 | Astarda bir nəfər dənizdə batdı 22:20 | Azəriqaz”: 93 mənzil və 140 fərdi yaşayış evi istismara qəbul olunub 22:00 | Kibariyə ərinin 10 milyon borcuna görə evini satdı 21:30 | AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək 21:00 | Mərkəzi Bankda növbəti hərrac - Manat sabitdir 20:40 | "Bavariya"nın üçüncü formasının FOTOları yayıldı 20:20 | Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 20:00 | Putin məktəblərdə dəftərlərdən imtinaya çağırdı 19:30 | Maqnit qasırğasının səviyyəsi açıqlandı 19:00 | Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər 18:30 | Çolpa kababını hindistanlı turistə 40 manata satdılar - FOTO 18:00 | Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 17:45 | Azərbaycan daha bir qızıl medal qazandı 17:30 | Bakı-Tbilisi reysinin hərəkət cədvəli dəyişdi 17:00 | Ağstafada 4 mərmi tapıldı - FOTO 15:43 | Yeni baş nazir bu şəxs ola bilər - FOTO 15:39 | İspaniyada yaşayan şairin kitabının təqdimatı olacaq 15:34 | ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və... 15:29 | Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı - FOTO 15:26 | SON DƏQİQƏ: Azərbaycanlı sürücü yol polisini döyüb, xəstəxanalıq etdi 14:13 | Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə... - Foto