Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
11-07-2019, 16:00 Oxunub: 13

"Rusiya və ABŞ Bakıda birləşib Dağlıq Qarabağı..." - ŞƏRH

"Rusiya və ABŞ Bakıda birləşib Dağlıq Qarabağı..." - ŞƏRH
 
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında danışıqların məkanı kimi yenə Bakı seçildi. 

Bakı 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və rusiyalı həmkarı Valeri Gerasimov arasında keçirilən görüşə, həmin ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov arasındakı görüşə və 2018-ci ilin aprelində yenə Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasındakı görüşə ev sahibliyi edib. Azərbaycan paytaxtında baş tutan son görüş Bakının qlobal güc mərkəzlərinin masa ətrafında dördüncü dəfə müzakirə apardığı məkan rolunu üzərinə götürdüyü deməkdir.

Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin bir çox səbəbləri var.

Hərbi ekspert Üzeyir Cəfərli Publika.az-a açıqlamasında bildirir ki, görüşlə bağlı məlumat bütün dünyanın diqqətində idi:

"Bu gün də görüşlə bağlı müzakirələr davam edir. NATO Ali baş komandanı ilə Rusiya ordusunun baş qərargah rəisi arasında baş tutan görüşün məkanı olaraq Bakının seçilməsi ondan xəbər verir ki, paytaxtımız tərəflərdə stabil, təhlükəsiz və etibarlı təəssürat doğurur. Bu şəxslər indiyə qədər üç dəfə görüşmüşdülər. Yeni toplantı general Tod Uoltersin Valeri Gerasimovla ilk görüşü idi. Bundan əvvəlki görüş Azərbaycanda deyil, başqa yerdə baş tutmuşdu.

Buna baxmayaraq, Bakı yenə də onlar üçün öz əhəmiyyətini əvvəlki kimi qoruyub saxlayırdı. Tərəflər Suriya, Əfqanıstan, o cümlədən, yaxın və ortamənzilli raketlərlə bağlı imzalanan müqavilənin taleyini müzakirə etdilər. Bildiyiniz kimi, 1987-ci ildə SSRİ-nin rəhbəri Mixail Qorbaçovla ABŞ prezidenti Ronald Reyqan arasında imzalanmış bu sənəd son günlərin gündəminə oturub. ABŞ müqavilədən çıxdığını bəyan edib, Rusiya da bu yaxınlarda sənədin fəaliyyətinin dayandırılması ilə bağlı mövqeyini açıqlayıb. Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir məsələ müzakirə edilmədi. Azərbaycan Prezidenti, Müdafiə Nazirliyinin rəhbər şəxsləri ilə regiondakı vəziyyət müzakirə olunmadı. Bunlar protokol xarakterli görüşlər idi. Bütövlükdə götürdükdə, Bakının adının çəkilməsi belə ondan xəbər verir ki, tərəflər yaradılmış şəraitdən, atmosferdən razıdırlar. Görüş iştirakçılarının Azərbaycan tərəfinə təşəkküründə ideal şərait, məxfiliyin qorunması məsələləri xüsusi vurğulanır”.

Üzeyir Cəfərli qeyd edir ki, ola bilsin, gələcək görüşlərdən biri regional məsələlər, o cümlədən, Dağlıq Qarabağla bağlı olsun: "Çünki Rusiya da, ABŞ da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. NATO da həmçinin. Bildiyiniz kimi, NATO-nun baş qərargah rəisi Nəcməddin Sadıkovla görüşdə alyansın Azərbaycanın ərazi bötüvlüyünü dəstəklədiyini bir daha səsləndirmişdi. Bu görüşün Azərbaycana verə biləcəyi xeyirlərdən biri də odur ki, NATO-nun Avropadakı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dağlıq Qarabağla bağlı belə bir fikir səsləndirib. Bu, təkcə Uoltersin fikri deyil, NATO komandanlığının fikridir”.
XƏBƏR LENTİ
23:00 | I Avropa Oyunlarının iştirakçısı öldü 22:40 | Astarda bir nəfər dənizdə batdı 22:20 | Azəriqaz”: 93 mənzil və 140 fərdi yaşayış evi istismara qəbul olunub 22:00 | Kibariyə ərinin 10 milyon borcuna görə evini satdı 21:30 | AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək 21:00 | Mərkəzi Bankda növbəti hərrac - Manat sabitdir 20:40 | "Bavariya"nın üçüncü formasının FOTOları yayıldı 20:20 | Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 20:00 | Putin məktəblərdə dəftərlərdən imtinaya çağırdı 19:30 | Maqnit qasırğasının səviyyəsi açıqlandı 19:00 | Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər 18:30 | Çolpa kababını hindistanlı turistə 40 manata satdılar - FOTO 18:00 | Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 17:45 | Azərbaycan daha bir qızıl medal qazandı 17:30 | Bakı-Tbilisi reysinin hərəkət cədvəli dəyişdi 17:00 | Ağstafada 4 mərmi tapıldı - FOTO 15:43 | Yeni baş nazir bu şəxs ola bilər - FOTO 15:39 | İspaniyada yaşayan şairin kitabının təqdimatı olacaq 15:34 | ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və... 15:29 | Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı - FOTO 15:26 | SON DƏQİQƏ: Azərbaycanlı sürücü yol polisini döyüb, xəstəxanalıq etdi 14:13 | Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə... - Foto