Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
11-07-2019, 14:24 Oxunub: 18

Bir xəstəxana üçün "dəftər almağa" 10 milyon ayrılıb?

Bir xəstəxana üçün "dəftər almağa" 10 milyon ayrılıb?
 

Bəzi mətbu orqanları hazırladıqları məqalələrə, o cümlədən maliyyə-iqtisadi mövzulara ciddi, məsuliyyətli və peşəkar yanaşmalı, dövlət qurumları haqqında mənfi rəy yaratmağa çalışmamalıdır.

Xeberekapress.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev mediada yayılan Ucar Mərkəzi Xəstəxanası üçün avadanlıqların alınmasına 35 milyon manat xərclənməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. O bildirib ki, Ucar Mərkəzi Xəstəxanasına avadanlıqların alınması ilə bağlı göstərilən rəqəmlərin ilkin baxışda ən azı yüz dəfə şişirdildiyi məlum olur:

 

"Ötən gün mediada "Böyük tender talanı: Məntiqə sığmayan anomal xərclər" sərlövhəli məqalədə qeyri-dəqiq və absurd məlumatlar dərc edilərək ayrı-ayrı dövlət qurumlarının ünvanına əsasız ittihamlar səsləndirilib. Məqalədə Ucar Mərkəzi Xəstəxanası üzrə bəzi inventarların və avadanlıqların alınması ilə bağlı göstərilən rəqəmlərin ilkin baxışda ən azı yüz dəfə şişirdildiyi məlum olur.

Məsələn, məqalədə iddia olunur ki, Ucar Mərkəzi Xəstəxanasına bəzi inventarların alınması üçün 13 milyon 231 min manat, avadanlığın alınması üçün 11 milyon 748 min manat, dəftərxana və təsərrüfat malları alınması üçün 9 milyon 747 min manat ayrılıb".

Nazirlik rəsmisi bildirib ki, 2019-cu ildə Ucar Mərkəzi Xəstəxanasına dəftərxana və təsərrüfat mallarının alınması üçün cəmi 89 min manat nəzərdə tutulub:

"Sual olunur, "2019-cuil dövlət büdcəsi haqqında" qanunda Ucar rayonu üzrə ümumilikdə xərclər 7 milyon 248 min manat təşkil etdiyi halda, təkcə rayon xəstəxanası üçün inventarların və avadanlıqların alınmasına üst-üstə 35 milyon manata yaxın vəsait necə xərclənə bilər?! 
Məlumat üçün qeyd edim ki, 2019-cu ildə dövlət büdcəsinin səhiyyə xərclərində, Ucar rayon yerli xərcləri üzrə cəmi 2 milyon 935 min manat vəsait nəzərdə tutulub ki, həmin vəsaitin 2 milyon 76 min manatını və ya 70,7 faizini əməkhaqqı ödənişi ilə əlaqədar xərclər təşkil edir".


XƏBƏR LENTİ
23:00 | I Avropa Oyunlarının iştirakçısı öldü 22:40 | Astarda bir nəfər dənizdə batdı 22:20 | Azəriqaz”: 93 mənzil və 140 fərdi yaşayış evi istismara qəbul olunub 22:00 | Kibariyə ərinin 10 milyon borcuna görə evini satdı 21:30 | AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək 21:00 | Mərkəzi Bankda növbəti hərrac - Manat sabitdir 20:40 | "Bavariya"nın üçüncü formasının FOTOları yayıldı 20:20 | Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 20:00 | Putin məktəblərdə dəftərlərdən imtinaya çağırdı 19:30 | Maqnit qasırğasının səviyyəsi açıqlandı 19:00 | Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər 18:30 | Çolpa kababını hindistanlı turistə 40 manata satdılar - FOTO 18:00 | Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 17:45 | Azərbaycan daha bir qızıl medal qazandı 17:30 | Bakı-Tbilisi reysinin hərəkət cədvəli dəyişdi 17:00 | Ağstafada 4 mərmi tapıldı - FOTO 15:43 | Yeni baş nazir bu şəxs ola bilər - FOTO 15:39 | İspaniyada yaşayan şairin kitabının təqdimatı olacaq 15:34 | ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və... 15:29 | Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı - FOTO 15:26 | SON DƏQİQƏ: Azərbaycanlı sürücü yol polisini döyüb, xəstəxanalıq etdi 14:13 | Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə... - Foto