Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
11-07-2019, 12:40 Oxunub: 13

"Ömrünün son illərində kinomuzda tənəzzül başladı, o buna görə çox narahatlıq keçirdi"

"Ömrünün son illərində kinomuzda tənəzzül başladı, o buna görə çox narahatlıq keçirdi"
 
Azərbaycan kinosunda xüsusi rolu olan rejissor, xalq artisti Rasim Ocaqovun xatirə günüdür.

Xalq artisti Rasim Balayev sənət dostu ilə bağlı xatirələrini Yenicag.az-la bölüşüb:
"Çox qürurlu insan idi. Ocaqov həm şəxsiyyət, həm də əsl peşəkar idi. Kinoda Ocaqovun yeri görünür. Onun çəkdiyi filmlər mili kinomuzda xüsusi mərhələ təhkil edir. Söz xatirinə demirəm, həqiqətən də Ocaqov böyük rejissordur. Kinoda belədir ki, müəyyən fasilələrlə reejissorlara film ssenariləri təklif olunur. Amma Ocaqova hər il ssenarilər verilirdi. Amma o bəyənmədiyi, hiss etmədiyi filmi çəkməzdi. Hətta dolanışığını da belə gözə almırdı. Hələ indiyə qədər Ocaqov qədər çəkiliş meydançasına hazırlıqlı gələn ikinci rejissor görmədim. Hər kadrı beynində götür-qoy edib çəkilişə başlayırdı. Ömrünün son illərində kinomuzda tənəzzül başladı, o buna görə çox narahatlıq keçirdi”.
R.Balayev sənət dostunun son günlərini belə xatırlayıb:
"Ocaqov ürəyindən müalicə olunurdu. O zaman Kino İttiaqı Hökumət Evinin ikinci mərtəbəsində yerləşirdi. Ocaqov liftlə üçüncü mərtəbəyə qalxıb, ikiyə enirdi. Soruşurdum ki, niyə belə edirsən? Deyirdi, pilləkanları qalxa bilmirəm. Ölümünü hiss etmişdi. İsti bir yay günündə mənə zəng etdi ki, hardasan, istirahətə getməyəcəksən ki?Dedim ki, yox, niyə soruşursan?Qayıtdı ki, heç yerə getmə, bəlkə dünyadan getdim. Dedim bu nə sözdür, onu bir Allah bilir. Özünü pis hiss etdiyini söylədi. Bir-iki gündən sonra ölüm xəbərini aldım”.
XƏBƏR LENTİ
23:00 | I Avropa Oyunlarının iştirakçısı öldü 22:40 | Astarda bir nəfər dənizdə batdı 22:20 | Azəriqaz”: 93 mənzil və 140 fərdi yaşayış evi istismara qəbul olunub 22:00 | Kibariyə ərinin 10 milyon borcuna görə evini satdı 21:30 | AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək 21:00 | Mərkəzi Bankda növbəti hərrac - Manat sabitdir 20:40 | "Bavariya"nın üçüncü formasının FOTOları yayıldı 20:20 | Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 20:00 | Putin məktəblərdə dəftərlərdən imtinaya çağırdı 19:30 | Maqnit qasırğasının səviyyəsi açıqlandı 19:00 | Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər 18:30 | Çolpa kababını hindistanlı turistə 40 manata satdılar - FOTO 18:00 | Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 17:45 | Azərbaycan daha bir qızıl medal qazandı 17:30 | Bakı-Tbilisi reysinin hərəkət cədvəli dəyişdi 17:00 | Ağstafada 4 mərmi tapıldı - FOTO 15:43 | Yeni baş nazir bu şəxs ola bilər - FOTO 15:39 | İspaniyada yaşayan şairin kitabının təqdimatı olacaq 15:34 | ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və... 15:29 | Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı - FOTO 15:26 | SON DƏQİQƏ: Azərbaycanlı sürücü yol polisini döyüb, xəstəxanalıq etdi 14:13 | Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə... - Foto