Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
11-07-2019, 12:01 Oxunub: 36

Xanım baş redaktora hökm oxundu - dəstə üzvlərindən ikisi azadlığa çıxdı

Xanım baş redaktora hökm oxundu - dəstə üzvlərindən ikisi azadlığa çıxdı
 
Dələduzluqda təqsirləndirilərək, həbs edilən və məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilən xanım baş redaktor yenidən hakim qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Elçin Əsədov, Vüsal Hüseynov, Samirə Nəsirova, Elman Xəlilov, Anar Abıyev və Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Elçin Əsədov 9 il 6 ay, Vüsal Hüseynov 1 il 6 ay, Samirə Nəsirova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Samirə Nəsirovanın daha əvvəlki cəzası ilə birləşdirilərək ona ümumi cəza təyin edilib.

Həbs edilənlərdən Elman Xəlilov və Mehdi Mehdiyev barəsibdə şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Anar Abıyev isə məhkəmədən qaçdığı üçün barəsində axtarış qərarı çıxarılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Elçin Əsədov daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb. O, 2015-ci ildə azadlığa çıxıbmış.

Digər təqsirləndirilən Vüsal Hüseynov da daha əvvəl dələduzluğa görə məhkumluq həyatı yaşayıb.

Axtarışda olan Anar Abıyev də dələduzluğa görə məhkumluq həyatı yaşayıb və 2013-cü ildə azadlığa buraxılıb.

İş üzrə 37 nəfər zərərçəkmiş var. Onlar təqsirləndirilən şəxslərə işə düzəlmək və digər məqsədlərlə pul veriblər.

Xatırladaq ki, təqsirləndirilənlərdən Samirə Nəsirova "Ata yolu" qəzetinin baş redaktoru olub. S.Nəsirova bir neçə nəfəri Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmək adı ilə dələduzluq edib. Onun cinayət işi üzrə 29 nəfər zərərçəkmiş tanınıb.

S.Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilərək, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Samirə Nəsirova həbs edilməzdən bir neçə ay əvvəl evindən 48 min dollar və qızıllarının oğurlandığını bildirmişdi. 
XƏBƏR LENTİ
23:00 | I Avropa Oyunlarının iştirakçısı öldü 22:40 | Astarda bir nəfər dənizdə batdı 22:20 | Azəriqaz”: 93 mənzil və 140 fərdi yaşayış evi istismara qəbul olunub 22:00 | Kibariyə ərinin 10 milyon borcuna görə evini satdı 21:30 | AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək 21:00 | Mərkəzi Bankda növbəti hərrac - Manat sabitdir 20:40 | "Bavariya"nın üçüncü formasının FOTOları yayıldı 20:20 | Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 20:00 | Putin məktəblərdə dəftərlərdən imtinaya çağırdı 19:30 | Maqnit qasırğasının səviyyəsi açıqlandı 19:00 | Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər 18:30 | Çolpa kababını hindistanlı turistə 40 manata satdılar - FOTO 18:00 | Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 17:45 | Azərbaycan daha bir qızıl medal qazandı 17:30 | Bakı-Tbilisi reysinin hərəkət cədvəli dəyişdi 17:00 | Ağstafada 4 mərmi tapıldı - FOTO 15:43 | Yeni baş nazir bu şəxs ola bilər - FOTO 15:39 | İspaniyada yaşayan şairin kitabının təqdimatı olacaq 15:34 | ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və... 15:29 | Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı - FOTO 15:26 | SON DƏQİQƏ: Azərbaycanlı sürücü yol polisini döyüb, xəstəxanalıq etdi 14:13 | Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə... - Foto