Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
10-07-2019, 13:32 Oxunub: 22

Nazir danışdı, aləm qarışdı: dərs 1 sentyabrda başlayır? - VİDEO

Nazir danışdı, aləm qarışdı: dərs 1 sentyabrda başlayır? - VİDEO
 
Ötən gün İctimai Televiziyanın "Pressinq” verilişində qonaq olan Təhsil naziri Ceyhun Bayramovun tədris ili müddəti ilə bağlı açıqlamasının bəzi ekspertlər tərəfindən düzgün yozulmaması çaşqınlığa səbəb olub.

Axar.az xəbər verir ki, nazir C.Bayramov tədris müddətinin 32 həftədən 34 həftəyə qaldırılması ilə bağlı 4 il bundan öncəki qərardan danışıb və bunun niyə edildiyini izah edib. Nazir həmçinin bütün tədris vəsaitlərinin 34 həftəyə sığışdırıldığını və bəzi çatışmayan dərsliklərin də yeniləri ilə əvəzləndiyini açıqlayıb.

Təəssüf ki, bəziləri nazirin tədris müddətinin 2 həftə artırılması ilə bağlı izahının bu ilə aid olduğunu sanıb və güman edib ki, tədris ili 1 sentyabr-14 iyun tarixlərini əhatə edəcək. Bu isə guya tədris ilinin 1 sentyabrdan başlayacağı barədə yanlış informasiyaya səbəb olub.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da açıqlama yayıb. C.Valehov bildirib ki, Təhsil naziri Ceyhun Bayramov İTV-nin "Pressinq" verilişində 4 il bundan əvvəlki qərara - təhsil müddətinin iki həftə uzadılmasına münasibət bildirib. Söhbət yeni müddətin uzadılmasından getmir.

"Bunu bilmək üçün sadəcə müsahibəyə baxmaq lazımdır”, - C.Valehov qeyd edib.
 

XƏBƏR LENTİ
23:00 | I Avropa Oyunlarının iştirakçısı öldü 22:40 | Astarda bir nəfər dənizdə batdı 22:20 | Azəriqaz”: 93 mənzil və 140 fərdi yaşayış evi istismara qəbul olunub 22:00 | Kibariyə ərinin 10 milyon borcuna görə evini satdı 21:30 | AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək 21:00 | Mərkəzi Bankda növbəti hərrac - Manat sabitdir 20:40 | "Bavariya"nın üçüncü formasının FOTOları yayıldı 20:20 | Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 20:00 | Putin məktəblərdə dəftərlərdən imtinaya çağırdı 19:30 | Maqnit qasırğasının səviyyəsi açıqlandı 19:00 | Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər 18:30 | Çolpa kababını hindistanlı turistə 40 manata satdılar - FOTO 18:00 | Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 17:45 | Azərbaycan daha bir qızıl medal qazandı 17:30 | Bakı-Tbilisi reysinin hərəkət cədvəli dəyişdi 17:00 | Ağstafada 4 mərmi tapıldı - FOTO 15:43 | Yeni baş nazir bu şəxs ola bilər - FOTO 15:39 | İspaniyada yaşayan şairin kitabının təqdimatı olacaq 15:34 | ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və... 15:29 | Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı - FOTO 15:26 | SON DƏQİQƏ: Azərbaycanlı sürücü yol polisini döyüb, xəstəxanalıq etdi 14:13 | Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə... - Foto