Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
10-07-2019, 13:07 Oxunub: 11

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən daha bir sex aşkarlanıb

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən daha bir sex aşkarlanıb
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 "Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Bakının Nizami rayonu, R. Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə şikayət daxil olub.

AQTA-dan  verilən məölumata görə, daxil olan məlumat əsasında Agentlik əməkdaşları həmin sexdə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb. Məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir. Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.

Sexdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlənmiş daxili orqanların möhtəviyatının təmizləyici qurğudan keçmədən kanalizasiyaya axıdıldığı məlum olub. 

Müəssisədə istifadə olunan xammalın sağlamlığını təsdiq edən baytarlıq arayışları AQTA əməkdaşlarına təqdim edilməyib. Monitorinq zamanı bəlli olub ki, sexdə çalışan işçilər fərdi mühafizə, gigiyenik geyimlərlə təmin olunmurlar. Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb.