Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
3-07-2019, 14:21 Oxunub: 26

Sıravi vətəndaşlar hərbi forma GEYİNMƏSİN! - YENİ TƏKLİF

Sıravi vətəndaşlar hərbi forma GEYİNMƏSİN! - YENİ TƏKLİF

Mülki şəxslərin gündəlik həyatda hərbi formadan istifadə etməsi normaldırmı?

Bu gün Azərbaycan müharibə şəraitində yaşayır. Bəzi insanlar hərbi formadan istifadə edərək, orduya dəstək olduqlarını nümayiş etdirmək istəyirlər. Lakin mənəvi və qanuni haqqı çatmayan şəxslərin hərbi formadan istifadə etməsinə yanaşma birmənalı deyil.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında bildirib ki, hərbi formaların mülki şəxslər tərəfindən istifadə edilməsi təəssüf hissi doğurur:

"Vətən müdafiəçisi hərbi forma geyinib, düşmən qarşısına çıxdığı üçün bu forma müqəddəsdir. Ona görə də hərbi formalara xüsusi yanaşmaq lazımdır. Təəssüf ki, bu gün yerdi-yurdu bilinməyən mülki şəxslər belə hərbi formadan istifadə edir. İnsanların hərbi formaya marağının yüksək olması baxımından bu addım müsbət haldır. Lakin mənfi tendensiya odur ki, hərbi forma işçi forması kimi qəbul olunur. Yəni, heyvan oturan mülki şəxs bu formaya işçi paltarı kimi yanaşır. Bu gün avtomobil təmiri emalatxanalarında, küçə işlərində, rayon və kəndlərdə sıravi vətəndaşlar müxtəlif yollarla əldə olunan hərbi formalardan istifadə edirlər. Bu kimi hallar hərbi formalar gözdən salır.

Hərbi Polis İdarəsi bu məsələyə ciddi nəzarət etməlidir

Bir müddət öncə hərbi hissələrdə güc strukturları hərbi formalara xüsusi münasibət sərgiləyirdi. Belə ki, təxris olunan əsgərlərin sonradan hərbi formadan istifadə etməyəcəyi halda formanı təhvil verməsi tapşırılırdı. İctimaiyyət bu yanaşmanı sərt qarşıladı və əsgərlərin geyimlərinin əlindən alınması kimi qəbul etdi. Məsələnin mənfi tərəfə yozulmaması üçün əsgərlər hərbi formaları ilə təxris olundu. Habuki cəmiyyətin hərbi formalara yanaşması fərqli olmalıdır. Buna görə də Hərbi Polis İdarəsinin əməkdaşları hərbi forma geyinən şəxslərə qarşı bir qədər tələbkar olmalıdır. Bu forma şəhidlərin, vətən üçün canını verən insanların ailələrində, tədbirlərdə və ya muzeylərdə ən əziz eksponat kimi təqdim olunmalıdır. Digər ölkələrdə hərbi formalar və ya əsgərlərə məxsus geyimlərin hansısa elementi ən doğma yadigar kimi saxlanılır. Ölkəmizdə də bu yanaşmanın formalaşması zəruridir. Hərbi formanın lazımi şəkildə dəyəndirilməsi nə ehtiyac var.

Hərbi formadan istifadə qanuni şəkildə müəyyən edilməlidir.

İndiki şəraitdə hərbi formaya münasibət ürəkaçan deyil. Təkcə aiddiyyatı qurumlar deyil, deputatlar da hərbi formadan istifadə ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsinə can atmalıdır. Hərbi forma yalnız müstəsna hallarda fiziki şəxslər tərəfindən geyinilə bilər. Şəhid ailələri, veteranlar, ehtiyata buraxılan şəxslər hərbi formaya xüsusi hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, bu məsələ ilə bağlı 1-ci Qarabağ savaşı veteranı,ehtiyatda olan zabit Abuzər Əbilov Müdafiə Naziri Zakir Həsənova, DTX-nin rəisi Əli Nağıyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib. O,  hərbi formaların müxtəlif insanlar tərəfindən tikintilərdə, avtotəmir yerlərində, məişət işlərində və bir sıra kirli obyektlərdə geyinilməsinin qarşısının alınması ilə bağlı xahiş edib.


XƏBƏR LENTİ
23:00 | I Avropa Oyunlarının iştirakçısı öldü 22:40 | Astarda bir nəfər dənizdə batdı 22:20 | Azəriqaz”: 93 mənzil və 140 fərdi yaşayış evi istismara qəbul olunub 22:00 | Kibariyə ərinin 10 milyon borcuna görə evini satdı 21:30 | AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək 21:00 | Mərkəzi Bankda növbəti hərrac - Manat sabitdir 20:40 | "Bavariya"nın üçüncü formasının FOTOları yayıldı 20:20 | Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 20:00 | Putin məktəblərdə dəftərlərdən imtinaya çağırdı 19:30 | Maqnit qasırğasının səviyyəsi açıqlandı 19:00 | Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər 18:30 | Çolpa kababını hindistanlı turistə 40 manata satdılar - FOTO 18:00 | Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 17:45 | Azərbaycan daha bir qızıl medal qazandı 17:30 | Bakı-Tbilisi reysinin hərəkət cədvəli dəyişdi 17:00 | Ağstafada 4 mərmi tapıldı - FOTO 15:43 | Yeni baş nazir bu şəxs ola bilər - FOTO 15:39 | İspaniyada yaşayan şairin kitabının təqdimatı olacaq 15:34 | ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və... 15:29 | Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı - FOTO 15:26 | SON DƏQİQƏ: Azərbaycanlı sürücü yol polisini döyüb, xəstəxanalıq etdi 14:13 | Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə... - Foto