Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
28-06-2019, 23:54 Oxunub: 73

Azərbaycanda polis serjantı intihar etdi: "Kömək edin, içim yanır!" - TƏFƏRRÜAT

Azərbaycanda polis serjantı intihar etdi: "Kömək edin, içim yanır!" - TƏFƏRRÜAT
 

Ağstafa Rayon Polis İdarəsinin (RPİ) 32 yaşlı əməkdaşı Əkbərov Elsevər Şahvələd oğlunun ölüm faktı üzrə təhqiqatın təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarındakı mənbələr iyunun 28-də ölüm faktının təfərrüatı barədə Oxu.Az-a məlumat veriblər.

 

Qeyd edək ki, növbətçi hissənin rəisinin köməkçisi işləmiş polis serjantı E.Əkbərov iyunun 20-də Ağstafada bir şüşə sirkə cövhəri içib. Polis əməkdaşı iyunun 21-də Bakıda xəstəxanada dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, E.Əkbərov iyunun 20-də intihar etməsindən bir neçə dəqiqə əvvəl evdə olub.

Əvvəlcə o, təcili yardım maşını çağırıb, maşın yolda olarkən mağazadan yenicə aldığı sirkəni içib. Sirkəni içdikdən sonra "Kömək edin, bütün içim yanır!" deyə qışqıraraq küçəyə çıxıb. Polisin yanında olan insanlar ona içmək üçün qatıq veriblər. Ardınca təcili yardım maşını onu aparıb.

E.Əkbərov xəstəxanada ona baş çəkməyə gəlmiş rayon polis rəisi Elsevər Aslanova ölmək istəmədiyini deyib. O, kömək etməyi xahiş edib və belə hərəkət etməsinin səbəbi barədə danışacağını vəd edib. Ancaq polis serjantı bir neçə saatdan sonra Bakıda tibb müəssisəsində ölüb.

E.Əkbərovun həmkarları güman edirlər ki, o, intihar etmək istəməyib, yalnız xəstəxanaya düşmək üçün zəhərlənməyə çalışıb. Lakin sirkə cövhərinin dağıdıcı təsirini nəzərə almayıb. Əks halda, polis əməkdaşı sirkə içməzdən qabaq təcili yardım çağırmazdı.

Onun həyatında intihardan qabaq baş vermiş digər hadisələr də məlumdur.

Bundan bir neçə gün əvvəl polis əməkdaşının qıcolmaları tutub və müdiriyyət onu müayinə və müalicə məqsədilə Daxili İşlər Nazirliyinin hospitalına göndərib. Polis serjantı burada bir həftədən artıq qalıb və işə qayıdıb.

O, iyunun 19-da məişət problemlərini həll etməyin zəruriliyini əsas gətirərək müdiriyyətdən məzuniyyət istəyib. Ancaq E.Əkbərovun həmkarları bundan narazı olublar və bəyan ediblər ki, o, artıq hospitalda istirahət edib. Yekunda E.Əkbərova məzuniyyət verilməyib. Həmkarları imtina cavabı alan E.Əkbərovun ağladığını görüblər.

Daha bir məlumata görə, polis əməkdaşlarından biri bankdan E.Əkbərovun adına 4000 manat həcmində kredit götürüb. Bunun baş vemiş hadisə ilə hansı əlaqəsi olduğunu istintaq müəyyənləşdirməlidir.

Bu arada, polis əməkdaşının ölümündən sonra yayılan şayiələrə görə, o, oğlan uşağı istədiyi halda həyat yoldaşının qız uşağı gözlədiyinə görə intihar edib.

Başqa bir versiya ər-arvad arasındakı münasibətlərdə yaranmış problemlə bağlıdır. Lakin mənbələrin fikrincə, E.Əkbərovun ölümünün əsas səbəbi işdəki münasibətlə əlaqədardır.

Qeyd edək ki, faktla bağlı təhqiqatı Ağstafa Rayon Prokurorluğu aparır.


XƏBƏR LENTİ
22:20 | 10 yaşlı uşağı maşın vurdu 22:00 | Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib (FOTO) 21:40 | Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü 21:20 | Bağçada 50-dən çox uşaq kəskin qoxulu maddədən zəhərləndi 21:00 | Manatın sabaha MƏZƏNNƏSİ 18:40 | "Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev 18:00 | Lavrovun qalmaqallı Qarabağ açıqlaması: Məqsəd nədir? - GƏLİŞMƏ 17:21 | BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yadı 17:08 | Prezidentdən icra başçılarına SƏRT XƏBƏRDARLIQ: Hansısa bəd əmələ düçar olsanız... 16:42 | Deputat məmurların gəlir deklarasiyası məsələsini QALDIRDI 16:37 | ADPU-nun Quba Filialında 12 Noyabr-Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib 16:15 | Sürücülərin DİQQƏTİNƏ! 40-60 AZN cərimələnə bilərsiniz 15:50 | Prezidentin bu gün təyin etdiyi icra başçısı Ağdərədə güllə yarası alıb - FOTO 15:35 | Bakıda FACİƏ: iki fəhlə kanalizasiya quyusuna düşərək öldü 15:26 | Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 15:25 | Sumqayıtda "Dövlət Bayrağı Günü" ilə bağlı bayraq yürüşü keçirilib 15:21 | Sabah Bakıda yağış yağacaq 14:46 | “Azərbaycanda iqtisadi artım gələn il də davam edəcək” - OQTAY ƏSƏDOV 14:31 | “WhatsApp” bu istifadəçiləri bloklayır 14:30 | “Bakcell-in Ukraynanın MTC mobil operatorunu alması böyük uğurdu” - OSMAN GÜNDÜZ 14:17 | İcra başçısı təyin olunan deputatdan ilk AÇIQLAMA 13:58 | Şirvanın YENİ icra başçısı kimdir? - DOSYE