Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
28-06-2019, 16:07 Oxunub: 89

Bakı Zooparkı fəaliyyətini nə vaxt bərpa edir?

Bakı Zooparkı fəaliyyətini nə vaxt bərpa edir?
 
Paytaxtda turistlərin və sakinlərin ən çox üz tutduğu yerlərdən biri olan Bakı Zooparkı bir neçə aydır ki, fəaliyyətini dayandırıb. Buna səbəb isə Zooparkın genişləndirilməsi idi.


Artıq yay fəsli gəlsə də hələ Bakı Zooparkı istifadəyə verilməyib. Maraqlıdır, Zoopark fəaliyyətini nə zaman bərpa edəcək? Ümumiyyətlə, əvvəllər orada olan heyvanlar yayın bu qızmar günündə harada və hansı şəraitdə saxlanılırlar?


Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablandıran Zooloji Parkın direktoru Azər Hüseynov bildirib ki, Zoopark fevral ayından müvəqqəti olaraq fəaliyyətini dayandırıb:


"Hazırda təmir işləri davam etdirilir, bu işlər bitdikdən sonra parkın fəaliyyəti davam etdiriləcək. Heyvanları müvəqqəti saxlanc yerinə yerləşdirmişik. Onlar saxlanılan yerdə isə hər cür şərait yaradılıb. Sözügedən yerdə hovuz su ilə doldurulub, içmək üçün xüsusi su qabları qoyulub və heyvanlar üçün kölgəliklər yaradılıb. Onların qidasında isə yay fəslinə uyğun meyvə və tərəvəzlərdən istifadə edilir”.


A.Hüseynov əlavə edib ki, Bakı Zooparkı genişləndirilərək əsaslı təmir edilir və heyvanların şəraiti yaxşılaşdırılır: "Parkın ərazisi 2.25 hektar idi, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra bu 4.25 hektar olacaq”
XƏBƏR LENTİ
09:45 | Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır 23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə 14:07 | Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki... / VİDEO 13:46 | Bakıda professor evində ölü TAPILDI 13:30 | "WhatsApp" bu telefonlarda işləməyəcək 12:37 | DYP-dən sürücülərə VACİB XƏBƏRDARLIQ - Bu yollar BUZ BAĞLAYACAQ 12:31 | DİQQƏT! DİQQƏT! İLİN NOMİNASİYALARI -2019 SƏSVERMƏ BAŞLADI! 12:13 | İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqi müzakirə olunub 11:59 | Faiq Ağayev Elçin Əlibəyli haqqında GÖRÜN NƏLƏR DEDİ: "Qurşaqdan aşağı zarafatlarla..." 11:49 | Şəhid adından istifadə edib dələduzluq etdi - Bakı polisindən açıqlama