Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
21-06-2019, 17:49 Oxunub: 49

“Azərbaycanın ətrafını toz-duman basıb” - Qonşulardakı gərginlik ölkəmizə də təsir edə bilər

“Azərbaycanın ətrafını toz-duman basıb” - Qonşulardakı gərginlik ölkəmizə də təsir edə bilər
 

Azərbaycanın qonşuları İran və Gürcüstanda vəziyyət gərgindir. Amerikanın İrana sanksiyaları və Gürcüstandakı mitinqlər bölgədə vəziyyətin pisləşməsinə işarədir. Bəs görəsən qonşu ölkələrdə baş verənlərin Azərbaycana hansı təsiri olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Azərbaycanın ətrafı toz-dumandır:

"Ermənistanla müharibə vəziyyətindəyik, İranda gərginlikdir.. Amerikanın cənub qonşumuza sanksiyaları sərtləşdirməsi fonunda müharibə təhlükəsi və Gürcüstanda vəziyyətin gərginləşməsi... Biz bu təhlükələrdən özümü qorumağı bacarmalıyıq. Gürcüstanda əslində mitinqlərin haqlı səbəbləri var, bir ölkə sənin torpaqlarını işğal edə və həmin ölkənin deputatı parlament sədrinin yerində otura... Bu hərəkət Tbilisidə ciddi narazılıqlara səbəb oldu. Oradakı vəziyyət parlament və hökumət böhranı yarada bilər. Təəssüf ki, Gürcüstanın indiki hökuməti Azərbaycana qarşı müəyyən iddialar irəli sürmüşdü. Bu iddiaları getdikcə gücləndirirdi, həmin münasibətlər müsbət bir hadisə kimi yadda qalmadı, gərginlik artdı. İndi görürük ki, özlərində gərginlik var”.

 

Elxan Şahinoğlu deyib ki, Azərbaycan Gürcüstanda gərginliyin tərəfdarı deyil:

"Gürücüstanda elə hökumətin formalaşmasını istəyirik ki, Azərbaycanla strateji müttəfiqliyə sadiq qalsın. İrana gəldikdə isə bu məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq. Heç bir zaman bölgədə müharibə istəmirik, çünki bunun Azərbaycana da mənfi fəsadları ola bilər. Ümid edirik ki, Amerika və İran geri addımlar atacaq. İran nə Suriya, nə İraq, nə də Liviya deyil. İrana qarşı müharibə başlasa, bu bütün Avrasiya bölgəsində gərginlik yaradacaq. Bu məsələlər elədir ki, bizdən asılı deyil, biz sadəcə məsələlərə diqqətlə yanaşıb, özümüzü təhlükələrdən qorumalıyıq. Bunun üçün öz sərhədlərimizi gücləndirməliyik, prosesləri yaxından izləməliyik”.


XƏBƏR LENTİ
15:26 | İmkanlı şəxslərə müraciyyət 15:11 | İlham Əliyev Xələf Xələfovu təltif etdi 15:10 | Təcili olaraq işlənmiş video kolposkop alıram 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:02 | "Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..." 14:58 | Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar... 14:54 | Prezident icra başçısını ordenlə təltif etdi 14:47 | Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. 11:51 | “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL 11:36 | Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər 11:17 | Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL 11:04 | Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş 10:51 | Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB 23:00 | Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT 22:30 | “İradə ilə Nuranın kaprizi insanı sənətindən küsdürür” 22:00 | Dolların sentyabrın 23-nə olan məzənnəsi açıqlanıb 21:40 | Bakıda polis əməkdaşını avtomobil vurub 21:20 | Vladimir Putin Qırğızıstan Prezidenti ilə görüşüb 21:06 | 200 milyon insanın həyatı TƏHLÜKƏDƏDİR - XƏBƏRDARLIQ 17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu